26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Samir Abasov:"Qələbəyə layiq idik"

"Həddindən artıq çətin, komandamızın adına layiqli qələbə oldu. Şükür Allaha ki, bu gün 3 xal əldə etdik".
 
Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının XIX tuurnda bu gün "Səbail"ə səfərdə 1:0 hesabı ilə qalib gəldikləri mətbaut konfransından sonda deyib.
 
Onun sözlərinə görə, bugübkü oyunda məğlubiyyət narahat edəcəkdi: "Allah eləməsin, bu gün məğlub olsaydıq,  nələr ola bilərdi... Arxadan gələn rəqibin təzyiqi vardı. Məğlubiyyət xal fərqinin daha da azalması demək idi. Əvvəllər bu duruma düşmədiyimizdən komandanı necə motivasiya edəcəkdik, bunu bilmirdik. Ona görə də bir az qorxu, həyəcan vardı. Ancaq bunlar olmadı. Sevindirici haldı ki, çox yaxşı oynadıq. Məşqlərdəkilərin hamısı alındı. Qələbəyə layiq idik, bunu da qazandıq"
 
Abasov "Sumqayıt"a yeni təyin olunan prezident Riad Rəfiyev haqda da düşüncələrini bölüşüb: "Bu təyinat dünən baş verdi. Yeni prezidentimizlə oyundan öncə görüşümüz oldu. Bizə uğurlar arzuladı. Onun adını eşitmişdim, ancaq şəxsi tanışlığım yox idi. Bir dəfə görüşümüz olmuşdu. İnşallah, bundan sonra yaxından tanış olacağlq, birgə uğur qazanarıq. Vaxt keçdikdə daha da yaxşı tanıyandan sonra fikir söyləyə bilərəm. Əvvəlcə yeni prezidentimizin fikirləriylə tanış olarıq, sonra mən danışaram". 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30