20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Sumqayıt"ın prezidenti: "Hələ klubla yaxından tanış olmamışam"

"Sumqayıt"ın yeni prezidenti Riad Rəfiyev Topaz Premyer Liqasının 19-cu turu çərçivəsində səfərdə "Səbail"i 1:0 hesabı ilə yendikləri oyundan sonra deyib jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az xəbər verir ki, o, öncə bunları söyləyib:
 
- Bütün komandaya minnətdarlığımı bildirirəm. Klub prezidenti kimi ilk oyunumda qələbə qazandıqları üçün təşəkkür etdim. Çox çətin oyun oldu. "Səbail"ə də növbəti oyunlarda uğurlar arzulayıram. 
 
- Necə oldu ki, "Sumqayıt"ın prezidenti oldunuz?
 
- Klubun Müşahidə Şurası ilə görüşümüz oldu. Sonra isə qərar qəbul edildi. 
 
- Qərar qəbul etməyə çoxmu vaxt sərf etdiniz?
 
- Çox yox, bir qədər çəkdi. 
 
- Klubun inkişaf strategiyasını necə görürsünüz?
 
- Yeni vəzifədə işə martın 12-də başlayacağam. Klubla tanışlıq üçün mənə bir az vaxt lazım olacaq. Bundan sonra söz verirəm ki, hamınıza müsahibə verəcəyəm. Hər şey barədə danışacağıq. Problem yoxdur. Mən mətbuata açıq adamam, qapalı insan deyiləm. Sadəcə, hələ klubla yaxından tanış olmamışam. İşə başladıqdan sonra hər şey barədə ətraflı danışarıq. 
 
- Klub prezidenti kimi işə başladıqdan sonra Premyer Liqadakı futbolçuların agenti olaraq, fəaliyyətinizi donduracaqsınız?
 
- Nə menecer? Belə şey heç vaxt olmayıb axı... AFFA olaraq, futbolçularımıza kömək etmişik ki, gedib xaricdə oynasınlar. Şəxsi agenti olduğum futbolçu yoxdur. 
 
- Oyunu hazırda "Neftçi"də çalışan "Sumqayıt"ın keçmiş meneceri Ceyhun Sultanovla birgə izlədiniz. Ondan məsləhətlər aldınız?
 
- Ceyhun bizim dostumuzdu. Onunla hər şey barədə danışmışıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30