25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

“Qarabağ” və Qurbanov hamıdan öndə

Klubların yeni reytinq siyahısı açıqlanıb. Futbolxeber.az xəbər verir ki, “clubworldranking”in açıqladığı siyahıda 4 Azərbaycan komandası da yer alıb.
 
Təmsilçilərimiz arasında ən yaxşı nəticə “Qarabağ”a məxsusdu. Ağdam təmsilçisi 1169 xalla 536-cı sırada qərarlaşıb. "Köhlən atlar" ötən reytinq siyahısıyla müqayisədə 2 pillə irəliləyib. “Keşlə” 758-ci (368), “Qəbələ” 807-ci (255), “Zirə” isə 826-cı pillədə (217) yer alıb.
 
Siyahıya “Real” (İspaniya) başçılıq edir. “Barselona” (İspaniya) 2-ci, “Qremio” (Braziliya) isə 3-cüdü.
 
Klub reytinqi ilə yanaşı, məşqçilərin də reytinq siyahısı açıqlanıb. Siyahıda iki azərbaycanlı məşqçi var. “Qarabağ”ın və millimizin baş məşqçisi Qurban Qurbanov 496-cı, “Zirə”nin baş məşqçisi Ayxan Abbasov isə 989-cu pillədə qərarlaşıb.
 
“Qəbələ”nin ukraynalı çalışdırıcısı Roman Qriqorçuk isə 936-cı sırada yer alıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30