29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Gəncədə oynamaq möhtəşəmdi"

"Kəpəz"in futbolçusu Tərzin Cahangirov klubunun rəsmi saytına müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir.
 
- Qış fasiləsindən sonrakı üç oyunda minimal hesablı məğlubiyyətin ardından “Kəpəz” ötən tur nəhayət ki, qələbə qazana bildi. Əvvəlcə “Səbail”lə matç haqda fikirlərini öyrənək...
 
- Hələ “Səbail”ə kimi oyunlarda xallar qazana bilərdik. Hətta çempionatda ən güclü rəqiblərimizdən olan “Qarabağ”la görüşdən də xal götürmək mümkün idi. “Neftçi” ilə matçda qolu son dəqiqələrdə buraxdıq, qalib də gələ bilərdik. Bunun üçün imkanlarımız da oldu. “Keşlə”yə qarşı görüşdə də meydanda vuruşduq amma xal götürmək mümkün olmadı. Ona görə “Səbail”lə qarşılaşma bizim üçün vacib idi və maksimum nəticə üçün oyuna çıxmışdıq. Heç-heçə belə sərf etmirdi. Şükür ki, məqsədimizə çatdıq. Uşaqlar ürəklə vuruşdular.
 
- Komandanın qazandığı qələbədə sənin rolun böyük oldu. “Kəpəz”ə penalti qazandırıb qol da vurdun. Özünü qələbənin memarı hesab edirsən?
 
-  Xeyr, qələbəmizin memarı tək bir insan yox, bütün komandadı. Baş məşqçidən tutmuş futbolçulara qədər hamının uğurumuzda payı var. Belə azarkeşləri olan komandanın üzvü kimi həmişə qalib gəlməyi istəyirik. Vurduğum qoldan çox stadionda yaşanan atmosfer xoşuma gəldi. Gəncədə oynamaq möhtəşəmdi. Burada oynamaq, azarkeşləri sevindirmək gözəl hissdi. Qolu kimin vurmasından asılı olmayaraq qələbəni komanda qazanır.
 
- Yeri gəlmişkən, qolu vurandan sonra əlinlə tribunanı göstərdin. Nəyə işarə edirdin?
 
- Qolumu bizi dəstəkləyən azarkeşlərimizə həsr etdiyimdən onları nişan verirdim. Bu qol onların haqqı idi. Sosial şəbəkələrdə xoş sözlər yazırlar, açığı, çox xoşuma gəlir. Qoy bilsinlər ki, qələbə qazanmağı çox istəyirik. Əvvəlki oyunlarda bəxt də sanki bizdən üz döndərmişdi. Onların görmək istədiyi “Kəpəz” yavaş-yavaş geri qayıdır.
 
- Qarşıda daha bir çətin oyun var. Keçmiş klubun “Qəbələ”yə qarşı mübarizə aparacaqsınız. Bu görüş haqda nə düşünürsən?
 
- Çətin oyun olacaq, “Qəbələ” son iki turda uduzub. Aydın məsələdir ki, onlar gedişatı düzəltməyə çalışacaqlar. Amma “Kəpəz” asan təslim olan komanda deyil. Biz də meydana uğurlu nəticə üçün çıxacağıq. Məqsədimiz qələbə qazanmaqdı.
 
- “Kəpəz”in artıq özünə gəldiyini söyləmək olar?
 
- Hamı görür ki, komanda mövsümün ilk dövrəsindəki “Kəpəz” deyil. Yunis Hüseynovun gəlişindən sonra klubda çox dəyişiklik baş verib. Bununla elə başa düşülməsin ki, bizdən əvvəl heyətdə olan oyunçular zəif olub.Onda da komandada yaxşı uşaqlar vardı, indi də. Biz uduzmağa layiq komanda deyilik. Meydanda mübarizə aparmağı sevən kollektiv var. Bunu yəqin ki, hamı görür.
 
- Hər bir futbolçunun arzusu əsas heyətdə oynamaqdı. “Kəpəz”in keçirdiyi son dörd oyundan üçündə ilk “11-lik”də yer almısan. Demək olar ki, artıq yerin möhkəmlənib?
 
- Əlbəttə ki, “Kəpəz”ə oynamaq üçün gəlmişəm. Bunun üçün də əlimdən gələni edəcəm. Məşqlərdə öz üzərimdə dayanmadan çalışıram. Məşqçidən forma almaq asandır, amma onu qoruyub saxlamaq çətindir. Çalışıram ki, hər oyun əsas heyətdə meydana çıxım. Yeri gəlsə qol da vurum, məhsuldar ötürmə də verim ki, komanda qələbə qazansın.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31