28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Komitədən ayrılmaq istəsəm də..."

Azərbaycan millisinin və “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov AFFA İcraiyyə Komitəsinin (İK) iclasından sonra jurnalistlərin suallarını cavablandırıb.
 
Futbolxeber.az saytının məlumatına görə, Qurbanov İK-da qalıb-qalmamaq məsələsi haqda da danışıb:
 
- İcraiyyə Komitəsində qalmağınızla bağlı müzakirələr oldu? Gözlənilirdi ki, komitədən ayrılacaqsız.
 
- Açığı, bu, keçən iclasda müzakirə olundu. Ayrılmaq istəyirdim, lakin qalmağım tövsiyə olundu. Ona görə də, belə davam edəcəm. Bu gün isə o məsələyə baxılmadı.
 
- Ufuk Budakın oyununu izləmək üçün köməkçini Türkiyəyə göndərmişdiniz. Futbolçu meydana çıxmadı. Elçin Rəhmanov Türkiyədə qalıb, Ufukun oyununu izləyəcək, yoxsa geri qayıdacaq?
 
- Şərt o deyil ki, biz Ufukun oyununa canlı baxaq. Elçin Rəhmanov ora həm Ufukun oyununa baxmağa, həm də onunla görüşüb, söhbər etməyə getmişdi. Onsuz da futbolçuların oyununu daima televiziya vasitəsi ilə də izləyirik. 
 
- Yəqin ki, futbolçu ilə Rəhmanov arasında görüş olub. Sirr deyilsə, yenidən milliyə dönməyə razılıq veribmi?
 
- O, milli komandanın üzvüdür. Bir neçə matç çıxış etmirsə, bu o demək deyil ki, artıq yığmamızın oyunçusu deyil. Getməkdə məqsəd “səni mütləq dəvət edəcəyik” demək də deyil. Çünki özü də, biz də onun yığmanın üzvü olduğunu bilirik. Toplanışa çağırdığımız futbolçuları növbəti hazırlıqda görməyə bilərsiz. Əsas məqsəd Ufuqla yaxından maraqlanmaq idi. Oynasaydı daha yaxşı olardı, amma meydana çıxmaması da problem deyildi.  
 
- Almaniyada da legionerlərimiz var. Onları da izləyirsiniz?
 
- Artıq başlamışıq. Almaniyadan hələlk Dmitri Nazarovu dəvət edəcəyik. 
 
- Rüfət Dadaşovu necə, milliyə dəvət edəcəksiniz? Aşağı liqada oynasa da, qollarını sıralayır.
 
- Bəli, son vaxtlar performansı yaxşıdır. Oyunlarını izləyirəm. Son bir ilə baxım qərar vermək düzgün olmaz. Millimizdə kimlər olubsa, hamsı ilə maraqlanırıq. 
 
- Dəniz Yılmazın oyunu ilə maraqlanırsınız? Robert Prosineçkinin vaxtında bu futbolçunun millimizlə problemi olmuşdu.
 
- Hər bir futbolçu ilə maraqlanırıq. Çalışırıq ki, hər biri ilə yaxından tanış olaq. Biri var nəyisə eşidəsən, biri də var ki, futbolçu ilə üz-üzə danışasan. Onda oyunçunun xarakterinə daha yaxından bələd olursan. Son vaxtlar Dəniz Yılmaz oynamır. Bu sarıdan bir qədər sıxıntı var.
 
- Çempionatda yaranacaq fasiləyə görə klublar narazılıq etməyib?
 
- Yox. Heç bir klub narazılıq etmədi. Hər biri sağ olsun. Bütün çempionatlarda belə hallar yaşanır. Sadəcə, bizdə 3-5 gün daha çox olur. Bu, illər boyu təkrarlanır. Hər bir klub rəhbəri milli komanda üçün üzərinə düşən işi yerinə yetirmək istəyir. 
 
- Kosovo millisi mart ayında Fransada iki yoxlama oyunu keçirəcək. Həmin oyunları izləmək üçün köməkçilərini göndərəcəksiniz?
 
- Bəli.
 
- Millinin heyətini açıqlamaq üçün çempionatın bitməsini gözləyəcəksiniz, yoxsa daha tez olacaq?
 
- Son turun axşamı açıqlanacaq.
 
- "Qəbələ" - "Neftçi" oyununu stadiondan izlədiniz. Diqqətiniz çəkən futbolçular oldu?
 
- Diqqətimi cəlb edən də oldu. Ancaq məni narahat edən məqamlar da var.
 
- Sizcə, Ramil Şeydayevin millimizə daha yaxşı kömək etməsi üçün "Qarabağ"dan ayrılıb, sabit oynayacağı bir kluba getməsi necə olar?
 
- Hər bir futbolçunun formasını yaxşılaşdırması üçün onun daima oynaması lazımdır. Təəssüf ki, biz 11 nəfərdən artıq futbolçu meydana buraxa bilmirik. Belə olan halda hansısa futbolçu kənarda qalmalıdır. Ancaq hər bir oyunçunun, əsas da millimizin üzvünün daha yaxşı çempionatlarda iştirak etməsini istərdim. Ən azından bizdə əsas heyət üzvlərindən biri olsun. Ramilə gəldikdə, tək o yox, bir neçə futbolçu var ki, onların oyun təcrübəsinin çox olmağını istərdim. Əfsuslar olsun ki, onlar kənarda qalıb. Ancaq Ramil kənarda qalmayıb. Üç tur əvəzedici heyətdə çıxış edib. Ən azından formasını qoruyub saxlayıb. Belə problemlər daima olub, yenə olacaq.
 
- Rəşad Sadıqovun karyerasını bitirməsi məsələsi son vaxtlar çox müzakirə olunur. Belə söhbətlər edilir ki, Rəşad baş məşqçisi olduğu futbolçulara qarşı oynayır. Sizcə, Rəşad karyerasını bitirməlidir?
 
- Bu məsələ niyə bu qədər müzakirə olunur? Əgər futbolçunun gücü varsa, ən yaxşılardandırsa, niyə oynamasın? Bizim bu futbolçuya klub olaraq ehtiyacımız varsa, niyə onu komandadan uzaqlaşdırmalıyıq? Bizim Rəşaddan da yaşlı futbolçumuz var - Ansi Aqolli. Bu iki futbolçunu bütün gənc oyunçulara nümunə göstərərdim. Belə  oyunçuları tez futboldan göndərməli deyilik. Özünüz də şahidi olmusunuz ki, bəzi futbolçular 38 yaşına qədər oynayıb. Zanettini qeyd edə bilərəm. O yaşında da ən yaxşılardan idi. Öz oyunçusuna qarşı oynamağın nə problemi var? Əksinə, futbolçular daha məsuliyyətli olur. İdman elə bir oyunudr ki, burda dəyişikliklər həmişə olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31