19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Lənkəranda fövqəladə vəziyyət

Bu gün Lənkəran şəhər stadionunda Avro Liqanın II təsnifat turu çərçivəsində baş tutacaq “Xəzər Lənkəran”la “Makkabi” qarşılaşması öncə şəhərdə fövqəladə vəziyyət yaranıb.

“Makkabi”li futbolçuların təhlükəsizliyini qorumaq üçün stadiona 500-dən çox polis əməkdaşı cəlb olunub. Bununla yanaşı, Lənkərana qonşu olan rayonlardan (Astara, Masallı) da polislər stadiona gətirilib.

Oyunun başlamasına bir neçə saat qalsa da, Daxili Qoşunların əsgərləri silahla və xüsusi təlim görmüş itlərlə stadionda yerlərini tutublar.

Qeyd edək ki, bir neçə gün əvvəl yerli mətbuatda “Makkabi” klubunun futbolçularını Azərbaycanda İsrailin xüsusi xidmət orqanlarının agentləri qoruyacağı barədə məlumatlar yayılmışdı. Xəbərdə bildirilirdi ki, İsrail tərəfi cavab oyununa ciddi hazırlaşır və “Makkabi”nin Lənkərana səfəri “müstəsna təhlükəsizlik tədbirləri ilə” müşayiət olunacaq. “Makkabi” rəhbərliyi Lənkəranın İranla cəmi bir neçə kilometr məsafədə yerləşdiyini nəzərə alaraq təhlükəsizliklə bağlı riskə getmək istəmir. Ona görə də İsrail dövləti “Makkabi”nin mühafizəsi üçün güclü mühafizə ayırıb, bu işə “Mossad” əməkdaşları da cəlb olunub.

Xatırladaq ki, "Xəzər Lənkəran" - "Makkabi" qarşılaşması saat 21:00-da başlayacaq.

 


qafqazinfo.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30