29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Elxan Məmmədov: "Bu virusu biz məhv etməsək, virus bizi məhv edəcək"

Bu gün AFFA-nın Növbəti Hesabat Konfransı keçirilir.
 
Futbolxeber.az saytının məlumatına görə, tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov çıxış edib.
 
"Boulvard Hotel"də düzənlənən tədbirdə Assosiasiya funksioneri ötən ilə diqqət yetirib: "2017-ci il, 2016-cı il olduğu kimi, futbolla zəngin oldu. 23 yaşadək yığmamız İslam Həmrəyliyi Oyunlarının qalibi oldu. 2017-ci ildən danışanda təbii ki, Çempionlar Liqasının himni ağlımıza gəlir. Söhbət Azərbaycan çempionu “Qarabağ”ın ÇL-in qrup mərhələsinədək irəliləməsindən gedir. Təzadlı məqam budur ki, Azərbaycan çempionu 8 komandanın iştirak etdiyi birincilikdən ÇL-in qrupuna vəsiqə qazandı. Bu, 32 komanda arasında yegabə belə göstərici idi..
 
Yəqin ki, gələcəkdə “keyfiyyət və kəmiyyət” mövzusunda araşdırmalar aparılacaq. Daha bir əlamətdar hadisə Avropa Liqasının 2019-cu ildə keçiriləcək final matçının Bakı Olimpiya Stadionunda keçirilməsinin təsdiqlənməsidi. Eyni zamanda, bölgələrdə uşaq futboluna diqqət də artırıldı. Sevindirici məqamdı ki, bu ildən etibarən Region Liqası start götürdü. İlk mövsümdə 24 kollektiv iştirak edir. İnanıram ki, gələcəkdə bu Liqanın daha da inkişaf edəcəyinin şahidi olacağıq. 
 
Müsbət mövzularla yanaşı, mənfilər haqda da danışmalıyıq. Söhbət danışılmış oyunlardan gedir. Bəli, cəzalandırılanlar olub. Lakin biz bu virusdan təmizlənmə yolunun astanasındayıq. Hüquq-mühafizə orqanları ilə sıx əlaqədə mübarizə aparırıq. Bu virusu biz məhv etməsək, virus bizi məhv edəcək. Ötən əsrin sonları - bu əsrin əvvəlində neçə-neçə şərqi Avropa klubu məhz bu səbəbdən tarixin yaddaşına köçdü. Artıq məxfi poçt da yaradılıb. Kimdəsə danışılmış oyunlar barədə informasiya olacaqsa, mütləq anonim qutumuzdan istifadə etməlidir".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31