20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Orxan Sadıqlı: "Qəhrəman cəhbədə vuruşan əsgərlərimizdi, mən deyiləm"

"Keşlə" Topaz Premyer Liqasının "Zirə"ylə səfər matçına ciddi itkiylə çıxmalı oldu. Belə ki, komandanın kapitanı, eyni zamanda əsas qapıçısı olan Kamran Ağayev zədə üzündən matçı tribunadan izləməli olurdu. Nəticədə "çərçivə" cari mövsümün ilk dövrəsində "İnter"in, sonradan "Keşlə"nin əsas qapıçısı olmuş Orxan Sadıqlıya tapşırıldı. Kapitan sarğısını da daşıyan 25 yaşlı qolkiper Sport24.az saytına müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir. 
 
- Qış fasiləsindən sonra ilk dəfə Premyer Liqada oynadın. Bu da əsas qapıçınız Kamran Ağayevin zədəli olmasıyla bağlı idi. Özünü bu oyuna nə dərəcədə hazır sayırdın?
 
- Belə şeylərin hamısını nəzərə almışdım. Çempionat başlayandan sonra iki oyun əvəzedici heyətdə meydana çıxdım ki, özümü hazır vəziyyətdə hiss edim. Bu, futboldu, zədə qaçılmaz deyil. Kamranın da zədəsi vardı. Biz futbolçuyuq, üzərimizə üşən vəzifəni yerinə yetirməliyik. Nə vaxt kömək lazım oldu, əlimizdən gələni edirik. Şükür Allaha ki, komandama kömək edə bildim. Sevindirici haldı ki, çətin səfər matçından qalib ayrıldıq. Komandamı təbrik edirəm. 
 
- Qələbənizdə həlledici nə oldu? Daha çox müdafiə olunurdunuz və oyuna əsasən 1 xala qane olduğunuz görünürdü...
 
- Rəqib meydançasında oynayırdıq. Açıq danışmaq lazımdı ki, Zirəyə uduzmamağa, ən azından heç-heçə etməyə gəlmişdik. Digər tərəfdən, turnir cədvəlində bizdən sonra gələn "Kəpəz" qələbə qazanmışdı və biz də qalib gələrək onunla 5 xallıq fərqi saxlamalı idik. Üstəlik, bizdən irəlidə olan "Səbail" bu turda uduzduğundan ona bir qədər də yaxınlaşmaq imkanımız vardı. Turnri cədvəlində vəziyyətimiz bir az ürəkaçan deyildi. Minimum 1 xal üçün gəlsək də, şükür Allaha, hər şey bizim üçün daha yaxşı oldu. Futbolçularımız xarakter göstərdilər, meydanda 90 dəqiqə əziyyət çəkdilər və bunun bəhrəsini qələbəylə gördülər. 
 
- Hələ ilk hissədə zədə alaraq tibbi yardıma ehtiyacın oldu. İkinci hissədə axsadığın görünürdü. Ancaq dişini qıcayaraq matçı başa vurdun. Bu, ehtiyatda qapıçınız təcrübəsiz olmasına görə idi?
 
- Bu zədə məndə çoxdan - 2-3 ay əvvəl yaranıb. Ayağımda kista var. Bu, şablon sözlər deyil. Həqiqətən diz nahiyəmdə problem var, MRT müayinəsinin nəticəsi də bunu göstərdi. Həmin epizodda topa çıxdım yerə enəndə sol ayağımın üstünə düşdüm. Dizim burxuldu, ağrı başladı. Həkim ağrıkəsici iynə vurdu. Əvvəl də bundan istifadə etmişəm, müalicə olunmuşam. Bir daha müayinə olunacağam. Onda vəziyyətim bəlli olacaq. Hələ ki hər şey qaydasındadı. 
 
- Əvəzlənmək haqda heç düşünmədin?
 
- Özüm də fikirləşirdim ki, necə olsun. Ehtiyatda qapıçımız Şahin Zəkiyev idi. Onu belə oyunda oda atmaq olmaz. Özüm də bu yaşda olmuşam, oynaya-oynaya buradək gəlmişəm. Komanda daxilində də futbolçularla söhbətim oldu. Başqa varianat yox idi, oynamalı idim. Allaha şükür ki, zədə ciddi olmadı. Həminki zədədi, davam edir. Müalicəsini davam edəcəyəm.
 
- Zədəki halda xeyli epizodda komandanı real qoldan xilas etdin. Özüün matçın qəhrəmanı sayırsan?
 
- Qəhrəman cəhbədə vuruşan əsgərlərimizdi, mən deyiləm. Biz sadəcə, vəzifəmizi yerinə yetirirk. Komandamızın qələbəsi üçün əlimizdən gələni ediirik. Bunda bir payımız varsa, çox sevinirəm.
 
- Kamranla rəqabət necə gedir?
 
- Onunla hələ 16 yaşımda bir yerdə olmuşam. Bu, "Xəzər Lənkəran"da oynadığımız vaxtda idi. Kamran 2012-ci bu klubdan ayrıldı. İndi də yenidən komanda yoldaşıyıq. Münasibətlərimiz əladı. Birgə səylə məşq edirik, bir-birimizə dəstək veririk. Bu matçda mən oynadım. Ancaq bu, o demək deyil ki, bundan sonra bütün görüşlərdə qapıda mən olacağam. Kimə şans verilir, o oynayır. Bu dəfə mən belə imkan qazandım və komandama kömək etmək üçün əlimdən gələni etdim. 
 
- Ukraynalı yeni baş məşqçiniz Yuri Maksimovun vaxtında hələ ki səfərdə qələbə qazanırsınız. Bu, nəyin nəticəsidi?
 
- Mövzudan kənara çıxacağam. Süni meydançadan danışmaq istəyirəm. Bizə belə qazonda oynamaq çətindi. Hamının ayağında ağrılar var. Komandamızda yeni futbolçular çoxdu, bir az uyğunlaşma problemi var. Bu da zaman alan məsələdi. Növbəti turda "Neftçi"ni qəbul edəcəyik. İnşalalh, bu il ilk ev qələbəmizi həmin oyunda qazanmağa çalışacağıq. Əvvəla, bu komanda turnir cədvəlində bizdən öndədi. Həm də ad-sanımıza, imicimizə görə ən azından "Neftçi"ni udmalıyıq ki, turnir cədvəlində vəziyətimizi yaxşılaşdıraq.
 
- Belə çıxır ki, kuboku yox, çempionatı da düşünürsünüz. Hərçənd, Avropa Liqasına vəsiqə məhz Azərbaycan Kubokunda realdı...
 
- Əsas hədəfimiz kubokdu. Bu turnirdə yarımfinal oyunlarımız var. Qalib gəlsək, finala çıxacağıq və uğurun bir addımlığında olacağıq. Premyer Liqada gedə bildiyimiz qədər irəli getməliyik. Kubokda isə finala çıxmalıyıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30