20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Topaz Premyer Liqasında rekord

Topaz Premyer Liqasında mövsümün ikinci yarısının yeni rekordu qeydə alınıb.
 
Futbolxeber.az saytının məlumatına görə, Gəncədə keçirilən “Kəpəz” - “Səbail” matçını (2:1) 5332 tamaşaçı izləyib.
 
Bu göstərici 2018-ci il üçün ən yüksək rəqəmdi. Bunadək baş tutan üç turda ən yaxşı halda 2000 tamaşaçı qeydə alınmışdı. Buna XV turun “Neftçi” - “Kəpəz” və XVII turun “Keşlə” - “Sumqayıt” matçlarında təsadüf olunmuşdu. Hesabat turunda isə təkcə Gəncədəki matçı deyil, “Qəbələ” - “Neftçi” qarşılaşmasını da daha çox - 3000 seyirçi izləyib. Mövsümün rekordu isə XI turun “Kəpəz” - “Qarabağ” matçına məxsusdu - 13300 tamaşaçı.
 
Qeyd edək ki, 2018-ci ilin rekordu “Kəpəz”in iki uğursuz seriyanı qırması ilə üst-üstə düşüb. Gəncə təmsilçisi ardıcıl 7 məğlubiyyətdən sonra həm xal, həm qələbə həsrətinə son qoyub. Qərblilər sonuncu dəfə 126 gün öncə - oktyabrın 28-də baş tutan X tutun “İnter”lə səfər oyununda qalib gəlmişdi - 2:0.
 
Cari mövsümdə öz meydanında xal qazanmayan “Kəpəz” 7 matçlıq məğlubiyyət seriyasını qırıb. Gəncə təmsilçisi ötən il aprelin 29-da “İnter”i 1:0 hesabı ilə məğlub edəndən 308 gün sonra doğma azarkeşləri önündə xal qazanıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30