19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Yuri Maksimov: "Heç-heçə üçün mübarizə aparırdıq"

“Keşlə”nin baş məşqçisi Yuri Maksimov Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.
 
Futbolxeber.az saytının məlumatına görə, paytaxt klubunun ukraynalı çalışdırıcısı 2:1 hesabıyla qalib gəldikləri qarşılaşmadan sonra bunları söyləyib:
 
- Güclü komandaya qarşı mübarizə apardıq. Bizim üçün pis nəticə deyil. Çempionatda üçüncü yerdə olan komandaya qarşı oynadıq. Heç-heçə üçün mübarizə aparırdıq, ancaq qələbə qazandıq. Bu oyunda bəxt bizim tərəfində idi. “Sumqayıt”la oyunda bəxtimiz gətirmədi, son oyunda qol buraxdıq.
 
- “Keşlə” əvvəlki oyunlarından daha istəkli görünürdü...
 
- “Sumqayt”la oyunda ilk və son dəqiqədə qol buraxdıq. Biz mənəvi olaraq uduzmuşduq. Son dəqiqədə qol buraxmaq asan deyil. Bu oyundan öncə komanda ilə söhbət etdik, nəticənin vacib olduğunu dedik. Onlar da istəkli oynadılar.
 
- Sizdə istefa fikirləri olubmu?
 
- Yox, belə fikrim yoxdu.
 
- Bu gün Pablo Podionun 15-ci dəqiqədən sonra oynamağa hazır olmadığı aşkar görünürdü. Onu meydana buraxmaq öz seçiminiz idi, yoxsa, mətbuatda yazılanları nəzərə alaraq şans verdiniz?
 
- Mətbuatda belə söhbətlər getmişdi, özü də demişdi ki, məşqçidən soruşun. Bu gün ona şans verdim ki, hansı səviyyədə olduğunu hər kəs görsün. Kim daha hazırdısa, oynayacaq.
 
- Siz Podionu fiziki cəhətdən zəif hesab edirsiz, ya oyunçu kimi sizi qane etmir?
 
- Onun oyun tərzi qane etmir.
 
- Məqsəd İsayevin oynamamasının səbəbi nədi?
 
- O xəstələndikdən sonra 5 gün məşq etmədi. Ondan soruşduq ki, oynaya biləcəksənmi? Razılıq verdi, lakin sonra məşq zamanı daha yaxşı formada olan futbolçu gördük və ona şans verdik.
 
- Tərlan Quliyevə ilk dəfə şans verdiz. Ona bundan sonra da şans verməyi düşünürsünüzmü? Bu dəyişikliyə əl atmağınız Fuad Bayramovun yoxluğu ilə bağlıydı?
 
- Fuad yaxşı futbolçudu, əsas heyət oyunçusudu. Ancaq Tərlan da bundan sonra oynamaq şansı qazanacaq. Bu gün beşli müdafiə ilə oynadıq və bu səbəbdən start heyətdə yer aldı. Tərlan yaxşı futbolçudu və hələ bizə lazım olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30