28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Samir Əliyev: "Xeyli səhvimiz oldu"

"Səbail"in baş məşqçisi Samir Əliyev Topaz Premyer Liqasının XVIII turunda "Kəpəz"ə səfərdə 1:2 hesabı ilə yenildikləri matçdan sonra mətbuat konfransı keçirib. Futbolxeber.az-ın məlumatına görə, , gənc mütəxəssis öncə oyunu dəyərləndirib.
 
- "Qəbələ" üzərində qələbəədn sonra komandamızda heç bir etforiya yox idi. Onda rəqib bizdən yaxşı oynamışdı. Bizim isə bəxtimiz gətirmişdi. "Kəpəz" bu gün qələbəni daha çox istəyirdi və onu layiqli qazandı. Bu münasibətlə rəqibi təbrik edirəm və uğurlar arzulayıram. Xeyli səhvimiz oldu. Onlar üzərində işləməliyik.
 
- Səhvlər deyəndə, əsas nəyi nəzərdə tutursunuz?
 
- Taktiki səhvlərdən söhbət gedir. Belə götürəndə, çox qol vəziyyəti yaratmadıq.
 
- Buraxdığınız qolları necə şərh edərsiniz?
 
- Biri penaltidən oldu, digəri uzaq məsafədən zərbədən. Qollara baxıb təhlil etməyimiz lazımdı. Yolumuza davam edəcəyik. Məqsədimiz məlumdu.
 
- Nədi məqsədiniz?
 
- Komanda formalaşdırmaq, layiqli mübarizə aparmaq. Bu oyunu unudub, səhvlərimizi təhlil etməli, növbəti matçlara daha yaxşı hazırlaşmalı, oynamalıyıq.
 
- Sizi "texniki zona"da çılğın görmüşük. Ancaq bu oyunda belə deyildiniz. Xüsusilə də ikinci hissədə qol buraxdıqdan sonra...
 
- Razıyam, əvvəlki kimi çılğın deyildim. İstəyirəm ki, bir az sakit olum, çılğınlığımı azaldım ki, futbolçular da sərbəst oynasınlar.
 
- Ancaq bu oyun göstərdi ki, futbolçular sərbəst çıxış edəndə, belə nəticə olur...
 
- Nə etməliyəm ki? Gərək bütün oyunu qışqırım? Futbolçularımıza oynamaq üçün sərbəstlik vermək lazımdı. Sadəcə, 2-ci qolu buraxdıqdan sonra özümdə ruh düşkünlüyü yarandı ki, bu da rol oynadı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31