19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Dani Kintana: “Sumqayıt”la matç mövsümün ən gərgin oyunlarından biri olacaq”

Futbolxeber.az “Qarabağ”ın yarımmüdafiəçisi Dani Kintananın sport24.az saytına müsahibəsini təqdim edir:
 
- "Kəpəz"lə matçda çətin qələbə qazandınız. Bunu nə ilə əlaqələndirərdin?
 
- Son oyun çətin idi, amma ən yaxşısını etdik. Oyunun əvvəlində çətinlik çəksək də, layiq olduğumuz qolu vurduq. Bilirik ki, mövsümün sonuna kimi bütün oyunlar bizim üçün belə keçəcək. 
 
- "Qəbələ" ilə 9 xallıq fərq çempionluqdan xəbər vemir?
 
- Biz hər oyundan öncə sadəcə, o matç haqqında fikirləşirik. Komandamızda heç kəs "Qəbələ"dən öndə olduğumuzu fikirləşmir və çempionluğu bunun üzərində qurmayıb. Və yaxud "Zirə"dən üstünük deyə düşünmürük. Son oyuna qədər qalib gəlməyə çalışacağıq. Mövsümün sonuna kimi hər matçda yalnız 3 xalı düşünəcəyik. Biz işimizi digər komandalarda nələr baş verəcəyini düşünmədən qururuq. 
 
- "Sumqayıt"a kubokda uduzdunuz. Sabah onlarla oyuna fərqli motivasiya olacaqsınız?
 
- Çox çətin oyun olacaq. Ehtimal ki, mövsümün ən gərgin və çətin qarşılaşmalarından birinə çıxacağıq. Bu matçın məsuliyyətini dərk edirik və Sumqayıtdan 3 xalla ayrılmaq üçün əlimizdən gələni edəcəyik. 
 
- Kubokdan kənarda qalmağınızı sizin daha az oyun keçirməyinizə səbəb oldu. Avrokuboklara hazırlaşan komanda üçün bu, pis deyil?
 
- Dincəlməyə kifayət qədər vaxtımız olur. Hər 7 gündən 1 oynayırıq və bunun pis olduğunu düşünmürəm. Hər 3 gündən bir oynamaq da asan deyil və belədə çətin olur. 
 
- Zədədən sonra tam sağalmısan. Artıq komanda üçün bütün gücünü ortaya qoya bilirsən? 
 
- Özümü çox yaxşı hiss edirəm. Daha yaxşıyam və meydanda gücümü ortaya qoymağı bacarıram. Mənim zədəm gözləniləndən də pis çıxdı və uzun müddət davam etdi. Amma bəzən belə şeylərlə üz-üzə qalırsan. Bu situasiyalara hazır olmaq lazımdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30