19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

Aqil Nəbiyev: “Meydanda söyüşün biri bir qəpik idi”

“Bizi çətin oyun gözlədiyi onsuz da məlum idi. Çünki ardıcıl 2 qələbəmizdən sonra rəqiblərin bizə qarşı necə hazırlaşdığını bilirdik. Bunun tam fərqindəydik. Evdə oynayırdıq, meydana 3 xal üçün çıxmışdıq. Ancaq olmadı".
 
Futbolxeber.az-ın məlumatına görə, bu sözləri Sport24.az-a açıqlamasında "Şüvəlan"ın baş məşqçisi Aqil Nəbiyev bildirib. Azərbaycan 1-ci divizionunun ilk oyun günündə autsayder "Zaqatala"nı qəbul edən şüvəlanlılar gözlənilmədən vacib 2 xal aparıb.
 
Nəbiyev 1:1 hesabıyla nəticələnən matçda qələbə üçün sonadək mübarizə apardıqlarını söyləyib: “Gördüyünüz kimi, yüzfaizli qol epizodlarımız vardı, ancaq yararlana bilmədik. Rəqib qapıçı Amil Ağacanov bu oyunda demək olar komandasının ən yaxşısı oldu. 5-6 real qol epizodunda zaqatalıları xilas etdi. Futbolda belə hallar olur ki, çox qol imkanın olsa da, sonda qələbə qazana bilmirsən. Əsas odur ki, qarşıda matçlarımız var. Bu oyunlarda özümüzü toparlayıb, xallarımızı qazanıb daha da irəli getməyə çalışacağıq". 
 
"Şüvəlan" ötən turda lider "Qarabağ Lökbatan"ı cari çempionatda ilk məğlubiyyətə uğratdı. Özü də 2:1 hesablı bu əzmkar qələbə səfərdə qeydə alındı. Ancaq bu dəfə autsayderi evdə yenmək mümkün olmadı. Nəbiyev buna belə izah verdi: "Bu dəfə fərqli "Zaqatala"yla qarşılaşdıq. Çünki rəqib ikinci dövrdə tam başqa komandadı. Qış fasiləsindən sonra evdə ardıcıl iki oyun keçirdilər. Əvvəlcə "Qaradağ Lökbatan"a uduzsalar da, sonradan "Mil-Muğan"a qalib gədlilər. Rəqibin oyunlarını izləmişdik. Yeni, keyfiyyətli futbolçular alıblar. Yeni baş məşqçiləri gəlib. Gənc, perspektivli mütəxəssisdi. "Zaqatala" da özünü yaxşı tərəfdən göstərməyə çalışır. Amma bu qarşılaşmada yaxşı olan tərəf biz idik. Oyun bir qapıya getdi. Uşaq səhvindən qol "yedik". Deyilənə görə, həmin epizodda top qapı xəttindən çıxmışdı, hətta yarım metr kənarda olmuşdu. Ancaq buraxdığımız qolu sırf hakim səhvi əlaqələndirmirəm. Özümüzün də səhvləri var. Bunları analiz edib önümüzdəki matçlara bacaxağıq". 
 
37 yaşlı mütəxəssis oyun bitəndən sonra baş hakim Vüqar Həsənova çox sərt reaksiya verməsiylə diqqət çəkib. Nəbiyev də "Zaqatala"dakı həmkarı Rüstəm Məmmədov kimi referinin iradəsinin zəif olmasını ön plana çəkib: "Ümumiyyətlə, hakim barədə həyatı boyu heç vaxt artıq söz demirəm. Ola bilər ki, əsəbiləşib aqressiv nəsə söyləyə bilərəm. Ancaq birini alçatmağa heç kimin ixtiyarı yoxdu. Sadəcə olaraq, bu hakim gənc, perspektivlidirsə, irəli baxmaq istəyirsə, diqqətli olmalıdı, öz üzərində çalışmalıdı. Meydanda söyüşün biri bir qəpik idi. Baş hakimin yanında söyürlər, yalnız şifahi xəbərdarlıq edir. Qapımıza vurulan qol epizodundakı səhvi də nəzərə alsaq, hakim oyunu çox aşağı səviyyədə idarə etdi. Bu, hər iki komada üçün oldu. Nəticəni hakimliklə bağlamıram. Sadəcə, referi üzərinə olan təzyiqə tab gətirə bilmədi. Rəqib futbolçular 90 dəqiqə hakimi söyməklə məşğul idilər. Buna görə də "Zaqatala"nın oyunçularına ən azı 1-2 qırmızı vərəqə verilməli idi. Ancaq baş hakim onlara güzəştə getdi".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30