18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

"Neftçi"nin zədəli futbolçusu məşqlərə başladı

"Neftçi"nin və milli komandamızın üzvü Məhəmməd Mirzəbəyov zədəsini sağaltmaq üzrədir.
 
Futbolxeber.az xəbər verir ki, Topaz Premyer Liqasının XV turunda "Kəpəz"lə qarşılşmada rəqibin futbolçusu Dieqo Qusmao ilə ikili mübarizədə burnundan zədə alan futbolçu artıq məşqlərə start verib. 
 
Belə ki, həmin oyunda burnu sınan futbolçu 3 gündü fərdi məşqlərə başlayıb. Fitnes zalında qaçan, yüngül məşqlər edən futbolçu gələn həftədən etibarən komandanın məşqlərinə qoşulacaq. 
 
"Neftçi" Topaz Premyer Liqasının XVIII turunda səfərdə "Qəbələ" ilə qarşılşacaq. "Ağ-qaralar"ın baş məşqçisi Tərlan Əhmədov həmin görüşdə zədəli Elnur Cəfərov və cəzalı durumda olan Rəşad Sadiqovun xidmətindən istifadə edə bilməyəcək.  
 
Qeyd edək ki, "Qəbələ" - "Neftçi" matçı martın 4-də keçiriləcək. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30