26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

"Vinçester heç bir yana getmir"

"Kəpəz" Şadon Vinçesterin komandadan göndərilməsi ilə bağlı mətbuatda yayılan xəbərlərə münasibət bildirib.
 
Futbolxeber.az xəbər verir ki, klubun mətbuat xidmətinin rəhbəri Azad Mustafayev Qol.az-a açıqlamasında trinidad və tobaqolu futbolçunun məşq zamanı Samir Zərgərovla dalaşdığını etiraf etsə də, onun komandadan göndəriləcəyinin müzakirə mövzusu olmadığını söyləyib:
 
"Bildiyiniz kimi, mətbuatda Şadon Vinçesterin "Kəpəz"dən getməsi ilə bağlı xəbərlər yayılıb. Biz klub olaraq, bu cür məlumatların yazılmasından narahatlığımızı bildiririk. Vinçesterin açıqlaması olub. Sanki elə görünür ki, o komandadan göndərilir. Yunis müəllim dünən futbolçu ilə görüşüb. Şadon özü də etiraf edib ki, sözləri jurnalistlər tərəfindən düzgün başa düşülməyib, anlaşmazlıq olub. Vinçester heç bir yana getmir. Yunis Hüseynov nizam-intizam qaydalarına qarşı çox tələbkardır. Adicə futbolçuların jurnalistlərə icazəsiz müsahibə verməsinə, onların özünü necə aparmasına xüsusi diqqət yetirir. "Qarabağ"la oyundan öncəki məşqdə Samirlə Vinçester arasında kobud oyuna görə narazılıq olub. Yunis müəllim də hər ikisinə öz iradını bildirib və onları klubun daxili nizam-intizam qaydalarına əsasən cərimələyib. Vinçesterin "Qarabağ"la görüşdə meydana çıxmaması onun cəzalı olması ilə bağlı deyildi. Soyuqdəyməsi olduğu üçün Yunis müəllim onu meydana buraxmayıb".
 
Klub rəsmisi Vinçesterin bu gündən komanda ilə birlikdə məşqlərə qatılacağını bildirib: "Bu gün komandanın məşqi olacaq. Vinçester də hazırlıq prosesində iştirak edəcək. Həftəsonu isə baş məşqçi şans verəcəyi təqdirdə "Səbail"ə qarşı oynayacaq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30