24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Dabodan yubiley, Nəbiyevdən debüt

Topaz Premyer Liqasının “Səbail”lə səfər qarşılaşması “Qəbələ” üçün bəzi statistik məqamlarla əlamətdar olub.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 1:2 hesabı ilə uduzan “qırmızı-qaralar”ın yeganə qolunun müəllifi olan Baqali Dabo komandanın heyətində 50-ci rəsmi matçını keçirib.

Bu göstəricidə Vüqar Həsənova çatan hücumçu 50 və daha çox oyunda “qırmızı-qara” forma geyinən 42-ci futbolçu olub.

Bu yubileyi qolla qeyd edən Dabo “Qəbələ”nin tarixində ən çox fərqlənən 3-cü futbolçu ünvanına şərik çıxıb. 23 qol vuran komanda yoldaşı Filip Ozobiçə çatan Baqali yalnız Viktor Mendi (33) və Dododan (30) geri qalır. Bu qollardan 18-ni Premyer Liqada vuran hücumçu çempionatda da 3-cü göstəriciyə malikdir. Dabo Mendidən 11, Dododan 5 top geri qalır.

“Bayıl Arena”dakı görüşün 82-ci dəqiqəsində meydana çıxan Yusif Nəbiyev əsas komandada debüt edib. “Qəbələ”nin ümumilikdə 228-ci, Premyer Liqada 208-ci oyunçusu olub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30