18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Elxan Məmmədov klub nümayəndələri ilə görüşüb

Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov klub nümayəndələri ilə görüşüb. Futbolxeber.az-ın məlumatına görə, görüş AFFA-nın U-19 Liqasının yaradılmasının müzakirəsi məqsədilə təşkil olunub. Əvvəlcə bu ilin mart ayında pilot layihəsi kimi keçirilmiş U-19 liqası barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, Azercell U-17 Liqada çıxış edən futbolçuların mütəmadi olaraq futbol oynaya bilməsi üçün daha yüksək yaş qrupuna aid liqanın yaradılması vacibdir. Çıxış edən "Neftçi", "Qarabağ", AZAL, "Qəbələ", "Rəvan" klublarının nümayəndələri və digər iclas iştirakçıları U-19 Liqasının yaradılması ideyasını dəstəkləyib və bunun ölkə futbolunun inkişafına müsbət təsir göstərəcəyini bildiriblər. Klublar tərəfindən U-19 Liqası ilə yanaşı U-19 Kubokunun təşkil olunması təklifi də irəli sürülüb.

AFFA-nın U-19 Liqasının yaradılması ilə bağlı məsələ İcraiyyə Komitəsinin növbəti iclasında müzakirəyə çıxarılacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30