28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Qurban Qurbanov: "Bu oyunda xal itirə də bilərdik"

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 17-ci turunda evdə “Kəpəz”i məğlub etdikləri oyundan (1:0) sonra jurnalistlərin suallarını cavablandırıb.
 
Qol.az-ın məlumatına görə, Q.Qurbanov əvvəlcə oyunla bağlı fikirlərini bildirib:
 
- Komadamı təbrik edirəm. Çətin oyun olacağını bilirdik. “Kəpəz” bu gün müdafiədən oynadı. Rəqibə uğurlar arzulayıram Yunis Hüseynov yaxşı komanda formalaşdırıb. Bu oyunda xal itirə də bilərdik. Ancaq şükür ki, hər şey yaxşı nəticələndi. Oyundan öncə də uşaqlara demişdim ki, müdafiə olunan komandalarla oyun çətin olur. Komandam tapşırıqlarımı tam yerinə yetirdi.
 
- “Qarabağ” qış fasiləsindən sonra 3 oyuna cəmi 2 qol vurub...
 
- Artıq bütün komandalar müdafiə oluna bilir. İkinci hissədə demək olar 20 oyunçu rəqibin cərimə meydançasının yanında idi. Az qol vurulması normaldı. Bütün komandalar bizə qarşı bundan da ciddi hazırlaşacaq. Biz öz işimizi daha da inkişaf etdirməliyik. Futbolçuların bütün fikri oyunda olmalıdı. Xal itirməyə də hazır olmalıyıq. Belə nəticələr futbolçuları daha da diqqətli edir.
 
- Bir gün öncə əsas rəqibiniz “Qəbələ” məğlub oldu. Bu, komandanın oyununa nə dərəcədə təsir etdi?
 
- Rəqibin nəticəsi bizim oyunumuza təsir etmir. Biz öz oyunumuza köklənməliyik.
 
- Komandanın az qol vurmasında Ndlovunun yoxluğunun nə dərəcədə rolu var?
 
- Ndlovu ilə bağlı çox sual verilir. Narahatlığın səbəbi nədi, bilmirəm. Bu gün “Qarabağ”da mənim güvəndiyim futbolçular qalıb. Kim qalmaq istəyibsə, komandadadı. Ən yaxşı vaxtımızda belə ən zəif rəqibə uduzduğumuz olub. Komandadakı oyunçulardan narazı deyiləm. Bu gün qolu Mahir Mədətov vurdu. Keçən oyunda da o fərqlənmişdi. Burdan kim gedibsə, narazı yola salmamışıq. Hamısına uğurlar arzulamışam. Sonrakı oyunlarını izləyir, uğurlarına sevinirəm. Nə qədər yaxşı oynasalar, bizim adımız hallanacaq. Narahat deyiləm. Bizim oyun üslubumuz belədi. Gəlin, bu komandada qalan futbolçuların əziyyətini yerə vurmayaq. Sabah ən gözləmədiyiniz futbolçu belə komandanı tərk edə bilər. Ancaq bu, heç nəyi dəyişməyəcək.
 
- Qolu Mahirin vurduğunu dediz. Ancaq PFL-də Almeydanın adı qeyd edilib. Mahir bombardirlik uğrunda mübarizəni davam etdirir. Bu qolu kimin vurmasının sizin üçün əhəmiyyəti var?
 
- Mənim üçün heç bir fərqi yoxdu. Məncə, ikisi eyni anda qapıya daxil odlu (gülür).
 
- Mahir Mədətov əvəzlənəndə onu alqışladınız. Azarkeşlər də onun adını çağırırdılar. Özü isə bir qədər kefsiz görünürüdü.
 
- Mən onda belə bir şey hiss etməmişəm. Bəlkə daha yaxşı çıxış etmək istəyir. Son vaxtlar məşqlərdə daha çox çalışır. Hələ tam ideal formada deyil. Bu yaşda futbolçunun fikri tez-tez dəyişə bilər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31