26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Rəşad Sadıqov: "Dino Çindən təklif alan kimi hay-küy qaldırdı ki..."

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov Ağdam klubunun qış transfer pəncərəsi zamanı Dino Ndlovunu Çinin “Xançjou Qrintaun” komandasına satmasınının səbəbləri ilə əlaqədar sensasiyalı faktlar açıqlayıb.
 
Futbolxeber.az saytının məlumatına görə, R.Sadıqov qol.az-a müsahibəsində bu məsələ ilə bağlı baş məşqçi Qurban Qurbanova və kluba yönələn tənqidlərin haqlı olmadığını bildirib: “Baş məşqçimiz Qurban Qurbanov futbolçuların komandaya sevgisinə, sədaqətinə xüsusi diqqət yetirir. Bir müddət əvvəl Ndlovunun adından açıqlamalar yayıldı ki, o, “Qarabağ”da qalmaq istəyib və guya Qurban Qurbanov onu komandada saxlamaq istəməyib. Mən bilmirəm, o, həqiqətənmi belə söz söyləyib, ya yox. Amma əsl həqiqət budu ki, Dino Çindən təklif alan kimi hay-küy qaldırdı ki, mən çıxıb getmək istəyirəm. Hələ qış fasiləsi zamanı o, kluba mesaj göndərdi ki, Antalyadakı təlim-məşq toplanışına qatılmaq istəmir. Təsəvvürünüzə gətirin, hətta burda tanıdığı taksi sürücüsünə deyibmiş ki, Bakıdakı əşyalarını yığıb onu göndərsin. Halbuki onun “Qarabağ”la hələ bundan sonra ilyarımlıq müqaviləsi vardı”.
 
R.Sadıqov bildirib ki, məhz bu hadisədən sonra Q.Qurbanov afrikalı hücumçunun gedişinə razılıq verib: “Çünki Qurban müəllimin prinsipi budu ki, hər bir futbolçu oynadığı komandaya birinci növbədə ürəkdən bağlı olmalıdı. Əgər kimsə komandada qalmaq istəmirsə, könlü başqa klubdadısa, Qurban müəllim o futbolçunu komandasında saxlamaz. Bu söhbətlərdən sonra da Dino Çin klubuna satıldı. Onun satılmasına görə ünvanımıza tənqidlər doğru deyil. Əsl həqiqət bax bunlardan ibarətdir. Ümid edirəm, bundan sonra azarkeşlər və media bizi daha yaxşı anlayacaqlar. Birdə ki, “Qarabağ” heç vaxt bir futbolçudan asılı olmayıb. “Qarabağ”ın Dinoya xeyri daha çox oldu, nəinki onun komandaya. Biz bundan sonra da öz qələbələrimiz, komandamızı uğura aparmaq barədə düşünürük”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30