20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Millimizin AÇ-də keçirəcəyi oyunların təqvimi və məkanı bəlli oldu

19 yaşadək qızlardan ibarət yığma komandalar arasında Avropa çempionatının elit mərhələsinin 3-cü qrupunun oyunlarının yeri və vaxtı müəyyənləşib. Futbolxeber.az xəbər verir ki, Azərbaycan yığmasının da yer aldığı bu qrupun qarşılaşmalarına Finlandiya ev sahibliyi edəcək. Millimiz finlərlə birgə, Fransa və Belçikaya qarşı mübarizə aparacaq.
 
Qızlarımız ilk oyunu aprelin 4-də Fransaya qarşı keçirəcəklər. Bundan 3 gün sonra isə Belçika ilə oyun nəzərdə tutulub. Komandamız bu rəqibləri ilə Lahti şəhərindəki “Kisapuisto” stadionunda üz-üzə gələcək. Ayın 10-da meydan sahiblərinə qarşı keçirəcəyimiz oyun isə Vantaada baş tutacaq. Həmin matça İSS stadionu ev sahibliyi edəcək və bu görüşün başlama saatı da əvvəlki iki oyundan fərqli olacaq.
 
Avropa çempionatının elit mərhələsi
3-cü qrup
 
4 aprel
 
13:30. Fransa - Azərbaycan
Lahti. “Kisapuisto” stadionu.
 
7 aprel
 
13:30. Belçika – Azərbaycan
Lahti. “Kisapuisto” stadionu
 
10 aprel
 
19:30. Azərbaycan – Finlandiya
Vantaa. İSS stadionu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30