Ölkə futbolu
Zaur Axundov: "Komanda düzələcək"
"Keşlə" Topaz Premyer Liqasında hesabat turunda "Kəpəz"lə Gəncədəki matçda ilklərə imza atıb. Bu, komandanın hazırkı adıyla, cari ildə və ukraynalı yeni baş məşqçsi Yuri Maksimovla ilk qələbəsi olub. Futbolxeber.az saytının məlumatına görə, 1:0 hesabı ilə qalib gəldikləri səfər qarşılaşmasını stadiondan izləyən "Keşlə"nin Müşahidə Şurasının sədri Zaur Axundov Sport24.az-ın Gəncəyə ezam olunmuş əməkdaşının suallarını cavablandırıb.
- "Keşlə" adıyla ilk qələbənizi qazandınız və nəticə sizi razı saldı. Bəs komandanın oyunu?
- Demək olmaz ki, canlanma vardı. Komandada fiziki cəhətdən işlər aparmaq lazımdı. Fikirləşirəm ki, 2 həftdən sonra lazımı futbolçular fiziki formanı yığandan sonra daha da məqsədəuyğun oynayacaqlar.
- Qış transferləriniz hələ ki ümidləri doğrultmurlar...
- Fikrimi deyərkən, məhz qışda gələn oyunçuları nəzərdə tuturdum. Onlar hələ fiziki hazır deyillər. "Keşlə"də yeni oynayırlar. Cəmi ikinci rəsmi matçdı komanda şəklində birgə çıxış edirlər. Buna görə uyğunlaşmaya vaxt lazımdı. Təbii ki, bunun üzərində işləmək gərəkdi. Əlbəttə, komandada yaxşılığa doğru dəyişikliklər var və gələcəyə nikbin baxıram.
- Fiziki hazırlığı qeyd etdiniz. Onu da nəzərə alaq ki, komandanız səfər matçında 90 dəqiqə durmadan mübarizə apardı, futbolçular yorulmadan qaçırdılar...
- 90 dəqiqənin müəyyən hissəsini müdafiədə də keçirdik. Məşqçilərimizlə söhbətimiz var. Təbii ki, fiziki durumla bağlı işlər görmək lazımdı.
- Bəlkə "Keşlə"yə fiziki hazırlıq üzrə yeni məşqçi lazımdı?
- Yox, bizdə bu sahədə mütəxəssis var. Sadəcə, bəzi futbolçularımızın uzun müddətdi oyun təcrübəsi olmayıb. Oyun praktikalarının yoxluğu öz sözünü deyir. Fikrimcə, 2 həftəyə komanda düzələcək.
- Yuri Maksimovun gəlişindən sonra komandada oyun dəst-xətti hiss olunur...
- Təbii ki, olunur. Bunu kənardan da sizlər görürsünüz.
- Belə demək olar ki, Maksimovun işində razısınız?
- 3-4 oyundan sonra lap dəqiq deyəcəm ki, razıyam ya yox. Hələ ki qiymət vermək istəməzdim.
- Maksimovun işinə əsas qiymət Azərbaycan Kubokunda veriləcək. Hər halda, "Keşlə"nin bu il avrokuboklara yolu yarımfinalına çıxdığı bu turnirdən keçir...
- Yox, hər iki yarışda qiymət veriləcək. Bizdə fərq qoyulmur ki, bu, çempionatdı və ya kubok.
- Ukraynalı baş məşqçinizin sərəncamında təcrübəli futbolçular olsa da, Gəncəədki matçda hər 3 əvəzləmə zamanı gənc oyunçuları meydana buraxdı...
- Təbii ki, bu lazımdı və düzgün qərar verilib. Həmin gənclər akademiyamızın futbolçularıdı. Onlara da təcrübə lazımdı. Üstəlik, belə gərgin oyunda. Düşünürəm ki, düzgün addım atılıb.
sport24.az
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
- Avropa çempionatında möhtəşəm nəticə
-
18:49
Azərbaycan kuboku: "Zirə" finalda (YENİLƏNİR)
-
17:05
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
-
16:48
Region Liqası: Finalın yeri və başlama saatı müəyyənləşib
-
16:12
“Qəbələ” - “Zirə”: Heyətlər açıqlandı
-
15:24
Zubir Liqa 1 klubunun hədəfində
-
15:09
Naxçıvan Futbol Federasiyasının sabiq baş katibi vəfat edib
-
14:56
“ETOPAZ”ın baş sponsorluğu ilə “Fire League”da növbəti tur başa çatıb FOTOLENT
-
14:30
“Zirə”nin kapitanı: “Məqsədimiz finala çıxmaqdır”
-
14:03
"Səbail" məşqlərini davam etdirir FOTOLENT
-
13:41
Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
-
13:27
Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
-
12:55
Azərbaycan çempionatında ikinci finalçı müəyyənləşib
-
12:34
"Yurqorden" rəsmisi Musa Qurbanlının gedişini istisna etmədi
-
12:19
"Neftçi" "Qarabağ" önünə iki itki ilə çıxacaq
-
11:08
Avropa çempionatı: Beş boksçumuzun beşi də uduzdu
-
10:52
Azərbaycan kuboku: Hakim təyinatları açıqlandı
-
10:36
"Arsenal" "Çelsi"ni darmadağın etdi VİDEO
-
10:23
Samir Abasov - əvvəl “El Klasiko”, sonra Xavi ilə görüş FOTOLENT
-
10:11
"Latsio" "Yuventus"u məğlub etsə də... VİDEO
-
09:59
Güləş üzrə U-17 Azərbaycan çempionatı start götürüb
-
09:47
"Beşiktaş" səfərdən heç-heçə ilə qayıtdı VİDEO
-
21:48
“Qəbələ” “Zirə” ilə cavab oyununa itkilərlə çıxacaq
-
21:11
U-17 millimiz Belarusa məğlub oldu
-
21:00
"Füzuli" "Şəmkir"i məğlub etdi VİDEO
-
18:39
"Azərreyl" Azərbaycan çempionu oldu
-
17:52
"Sumqayıt" - "Qarabağ" oyununa nə qədər bilet satılıb?
-
17:04
Yarımfinal oyunlarına təyinatlar açıqlandı
-
16:45
Kadi: “Mən həmişə hazıram”
-
16:17
Azərbaycanın U-17 millisi Belarusda turnirə qatılacaq
-
15:36
“Neftçi”nin legioneri: “Fürsət düşsə, Rumıniyaya qayıdardım”
-
14:53
Millimizin rəqibi Baltik kubokunda yarışacaq
-
14:21
Valdemar Almeyda: “İlk üçlükdə olmaq üçün bütün oyunlarda qalib gəlməliyik”
-
14:08
“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq
-
13:49
"Olimpiadada Azərbaycanı layiqincə təmsil edəcəyimə inanıram"
-
13:34
AGF Baham adaları Gimnastika Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb
-
13:12
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı müəyyənləşib
-
12:55
"Qarabağ"ın uğurlarına sevinirəm, amma "Neftçi" mənə daha əzizdir" VİDEO
-
12:27
Bakıda UEFA fitnes məşqçilik kursunun I modulu başlayıb
-
12:06
Şeydayevin qaçırdığı qol şansları... VİDEO
-
11:43
Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
-
11:18
"Azərbaycan voleybol tarixində belə finala şahidlik etməmişdik"
-
10:50
"Final görüşünün əhəmiyyətini başa düşürdük"
-
10:39
Avropa çempionatı: Ülviyyə Fətəliyevadan maksimum nəticə
-
10:24
"Fənərbaxça" çempionluq yolunda ağır zərbə aldı VİDEO
-
10:12
Masaki Murata: “Bu tip insanlar həmişə problem axtarır”
-
09:57
Milan derbisində 3 qol, 3 qırmızı vərəqə VİDEO
-
09:41
Azərbaycanın 3 boksçusu növbəti mərhələdə
-
09:28
"Roma" öz meydanında "Bolonya"ya uduzdu VİDEO
-
00:10
Diniyev - Şeydayev mübarizəsində kim sevindi?
-
20:38
“Neftçi” rəhbərliyi I Liqa klubunun prezidenti ilə görüşdü