16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Qurban Qurbanov: "Bu oyundan həzz aldım"

“Futbolçularımı və azərkeşlərimizi təbrik edirəm. Vacib 3 xal qazandıq. Samir Əliyev yaxşı komanda yaradıb. Bizim üçün çətin oldu. Çox nadir hallarda bu cür tempdə oyun izləyirik”.
 
Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqanın 16-cı turunda “Səbail”ə səfərdə qalib gəldikləri oyundan (1:0) sonra keçirdiyi mətbuat konfransında deyib.
 
- Miçel yenidən zədələndi?
 
- Oyun zamanı ağrıları çoxaldı. Meydanda sərt oyun gedirdi. Hiss olunurdu ki, kimsə zədələnəcək. Sonda Miçel zədələndi. Onun vəziyyətinə yaxın günlərdə aydınlıq gələcək. Növbəti matçda oynayıb-oynamayacağını bilmirəm.
 
- “Qəbələ” ilə oyunla müqayisədə bu oyun daha gərgin keçdi... 
 
- “Qəbələ” ilə oyun fərqli idi. Oyunun gedişatı fərqlənirdi. Fasilədən sonra ilk oyunumuz idi. Həmin matçda hər hansı kiçik səhvdə bizi cəzalandıra bilərdilər. Bu oyundan açığı həzz aldım. Rəqib çox hücuma keçirdi. Çox nadir hallarda bu qədər az topa sahib oluruq.
 
- Meydanda sərt oyunun keçməsi futbolçuları əsəbiləşdirirdi...
 
- Bir var sərt, bir də var kobud oyun. Kobud oyun məni bir qədər narahat edirdi. Ümid edirəm ki, “Səbail” digər komandalara qarşı da belə oynayacaq. Çəkinmədən pressinq edirdilər.
 
- Kubokun finalı mayın 28-də keçiriləcək. Bir gün sonra millinin oyunu var. Bu barədə nə deyə bilərsiz?
 
- Bizim aramızda kubokun vaxtı ilə bağlı müzakirə olmayıb. Mən mart ayının proqramını təqdim etdim. Həmin vaxt keçirəcəyimiz oyunların vaxtını 1-2 gün önə çəkəcəyik. Digər oyunlar isə olduğu kimi qalacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30