29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Yunis Hüseynov: "Kaş, pis oynayardıq, ancaq 3 xal qazanardıq"

"Kəpəz"in baş məşqçisi Yunis Hüseynov Topaz Premyer Liqasının XVI turunda "Keşlə"yə evdə 0:1 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransı keçirib. Futbolxeber.az xəbər verir ki, təcrübəli çalışdırıcı əvvəl qarşılaşma haqda fikirlərini açıqlayıb.
 
- Bu gün autsayderlərin derbisinin olduğunu demişdim. "Keşlə"yə qalib gəlsəydik, heç olmasa 1-2 tur son pillədən qurtulacaqdıq. Ancaq rəqib ilk növbədə taktiki cəhətdən yaxşı oyun göstərdi. Bərabərlik olmalı idi. Şablon kmi çıxmasın, ədalətli nəticə heç-heçə di. Əslində, bizdə qol imkanları daha çox idi. Rəqib qapımıza cəmi 1 zərbə vurdu, o da qol oldu. "Keşlə"ni təbrik edirəm. Bir də hakimlik haqda fikir bildirmək istərdim. Referininqınamıram. Epizodlara təkrar baxıb qiymət vermək lazımdı. İki epizod mənim üçün qaranlıq qaldı. Baş hakim futbolçumuz Dieqo Qusmaoya ilk hissədə sarı vərəqə göstərərkən ona işarə etdi ki, 3 dəfə qayda pozmusan, buna görə səni cəzalandırıram. Ancaq məncə, legionerimiz ona kimi qayda pozmamışdı. Bir də ikinci hissədə verilməyən penalti epizoduna baxmalıyam ki, orda qayda pozuntusu vardı, ya yox.
 
- "Kəpəz" qış fasiləsindən sonra hələ də nəinki qol vurmur, qol vəziyyətləri də az yaradır. Halbuki, komandaya Vinçester, Federiko kimi əcnəbi hücumçular cəlb olunub....  
 
- Az qol vurmuşuq deyə, sonuncu yerdəyik. Çox vursaydı, 8-ci pillədə olmazdıq. Darionu yaxşı tanıyırsınız, iki il öncə "Kəpəz"də oynayıb. Vinçester də sürətli, texnikalı oyunçudu. O, bizə Antalyada qoşulsaydı, uyğunlaşardı. Zamanı gələndə, onlar qollarımızı vuracaqlar. Bundan sonra heç olmasa 2-3 tur da lazımdı. Dario uzun fasilədən sonra Gəncə publikası qarşısına çıxırdı. Azarkeşlər "Dario, Dario" deyə qışqıraraq onu ruhlandırırdılar. Hər futbolçu da belə ab-havada yaxşı oynamaq istəyər. Ancaq Federikonun oyunu alınmadı. Rəqib düzgün taktika seçmişdi, onu meydanda bağlamışdı. 
 
- Özünüz də oyun qurucusu olmusunuz. Hesab etmirsiniz ki, indiki "Kəpəz"də pleymeyker problemi var? Ötən dəfə Tərzin Cahangirov, bu dəfə Samir Zərgərovu məcburiyyətdən ordacoynatmalı olursunuz...
 
- Hər ikisi topla yaxşı davranan futbolçudu. Belə keyfiyyətin olanda, oyun qurucusu oynaya bilirsən. Samir pis çıxış etmədi. Sadəcə, rəqib daha çox arxadan  oynayırdı, böyük qüvvəylə müdafiə olunurdu. Bu üzdən Zərgərovun oyunu elə də görünmədi. O, hücumçuları ötürmələrlə təmin etməli idi. 
 
- Komandanız qış fasiləsindən sonra da nəticə qazana bilmir, 0:1 hesablı məğlubiyyətləri sıralayır. Bəlkə başqa problem var?
 
- Dediyim uyğunlaşma və digər problemləri əlimdə "kozır" kmi tutmuram. Ötən turda da, bu dəfə da komandamız yaxşı oynadı. Ancaq bir səhv, ani diqqətsizlik oldu ki, onun nəticəsində qol buraxaraq məğlub olduq. Futbolun gözəlliyi də budu. Belə deyim var ki, pis oyna, ancaq 3 xalı qazan. Hələ ki oyun baxımından yaxşı təsir bağışlayırıq, ancaq qələbəni qazana bilmirik. Kaş, pis oynayardıq, ancaq 3 xalı qazanardıq. Mən komandanı götürəndə də 7 xalımız vardı. Futbolçularımızda məğlub psixologiyası var. Beyinlərində elə fikir qalıb ki, yaxşı oynasalar da, yenə uduzacaqlar. Bu düşüncəni aradan qaldırmağımız gərəkdi. Bizə bir qələbə lazımdı, bunu qazansaq, ardı gələcək. Azarkeşlərimiz darıxmasınlar. Yaxşı komandamız, nəticəmiz olacaq. 

sport24.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31