28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Qəbələ" - "Zirə": 13-cü duel

Bu həftə Topaz Premyer Liqasında XVI turun oyunları keçiriləcək.

Futbolxeber.az saytının məlumatına görə, turun mərkəzi qarşılaşması fevralın 17-də Qəbələdə olacaq.

Turnir cədvəlinin ilk “üçlüy”ündə qərarlaşan “Qəbələ” və “Zirə” mövsümdə 3-cü dəfə üz-üzə gələcək. Bu matç “qırmızı-qaralar”ın 2018-ci ildəki ilk ev oyunu olacaq.

İki komanda arasında duellərə gəlincə, ilk dəfə 2015-ci ildə qarşılaşan rəqiblər indiyədək 12 dəfə münasibətlərini aydınlaşdırıb. Həmin qarşılaşmalarda “Qəbələ” daha çox - 5 qələbə qazanıb. 4 görüşdə qalib müəyyənləşməyibsə, 3 dəfə “Zirə” qalib gəlib. 30 qolun vurulduğu matçlarda daha məhsuldar olan “qırmızı-qaralar” 19, rəqibi 11 dəfə fərqlənib. “Qəbələ”nin qollarını 12 futbolçu rəqib qapısından keçirib. Bu duellərdə ən məhsuldar “Qəbələ” oyunçusu Aleksey Qay 4, Ermin Zets 3, Teo Uiks və Filip Ozobiç isə hərəyə 2 qola sevinib. Ümumiyyətlə son 10 matçda “Qəbələ” meydanı qol vurmadan tərk etməyib.

Keçirilən 12 oyundan 10-u çempionat, 2-si kubok çərçivəsində baş tutub. 4 heç-heçənin qeydə alındığı Premyer Liqada komandalar hərəyə 3 qələbə qazanıb. Top fərqində üstün olan “Qəbələ” 12 qol vurub, 9-nu buraxıb. “Zirə”ni ümumilikdə 7-ci dəfə qəbul edəcək “qırmızı-qaralar” öz meydanında 2 qələbə qazanıb, 3 heç-heçə edib və 1 dəfə uduzub. 9 top vuran “Qəbələ” futbolçuları 5 qol buraxıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31