25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Qriqorçuk: ""Ailələri təlim-məşq toplanışında oyunçulara mane yox, kömək edirlər"

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk komandanın futbolçularına təlim-məşq toplanışlarına ailələri ilə birgə qatılmaları üçün icazə verib.
 
Futbolxeber.az-ın məlumatına görə, bu barədə ukraynalı mütəxəssis "Futbol 1"ə açıqlamasında deyib.
 
52 yaşlı mütəxəssisin fikrincə, toplanış oyuna hazırlıq yox, məşq prosesidir: "Ailələri təlim-məşq toplanışında oyunçulara mane yox, kömək edirlər. Futbolçular oyunlardan əvvəl matça köklənməlidirlər. Bu zaman onların diqqətini heç nə yayındırmamalıdır. Məşq prosesində isə futbolçular evdə birgə yaşadıqları ailələrini nəyə görə toplanışa gətirməsinlər?".
 
"Qəbələ"nin futbolçusu Vitali Vernidub isə bildirib ki, oğlu ilə birgə keçirdiyi vaxt bərpa olunmağa istənilən prosedurdan daha yaxşı kömək edib: “Təlim-məşq toplanışına ailələrimizlə birgə gəlməyə icazə verdiyi üçün baş məşqçimizə təşəkkür edirəm. Oğlumla oynamaq bərpa olunmağım üçün istənilən masajdan və hovuzdan daha çox faydalı olur”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30