25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

“Zirə”nin debütantı: “1 xal da yaxşı nəticə hesab olunmalıdır”

“Zirə”nin yeni transferi Uilyams Comal Evans Topaz Premyer Liqasının XV turunda “Sumqayıt”la oyundan (1:1) sonra Futbolxeber.az saytına müsahibə verib. Trinidad və Tobaqodan olan yarımmüdafiəçi əvvəlcə görüşlə bağlı danışıb:

- Ümumi görəndə pis oynamadıq. Qələbə qazana bilməsək də, nəticəni qənaətbəxş saymaq olar. Hər halda 1 xal da yaxşı nəticə hesab olunmalıdır.

- Bu matçda ilk dəfə Azərbaycan çempionatında meydana çıxdın. Debüt oyunundan razı qaldın?

- Yaxşı oyun alındı. Komandamızda yeni oyunçular var ki, onlardan da biri mənəm. Tam anlaşma üçün zamana ehtiyac var. Çalışırdıq baş məşqçimizin tapşırıqlarını tam yerinə yetirək.

- Komandaya uyğunlaşmağınız üçün nə qədər zaman ehtiyac var?

- Düşünürəm ki, futbol hər yanda eynidir. Bu səbəbdən də uyğunlaşma prosesi çətin olmayacaq. Bacardığım qədər tez bir zamanda yeni mühitə, komandama öyrəşəcəyəm.

- Qeyd etdiniz ki, futbol hər yanda futboldur. Amma 2018-ci ildə heç də hər ölkədə yüksək liqa klublarının bir neçəsi ev oyunlarını süni örtüklü meydanda keçirmir...

- 11 nəfərin arasında mən də meydana çıxıramsa, ancaq irəli getməyi düşünməliyəm. Süni qazona görə hansısa çətinlik yaşayacağımı düşünmürəm. Meydana çıxdıqdan sonra şərtlər nə olur olsun, ancaq komandamın mənafeyini düşünməliyəm.

- İlk hissə ilə müqayisədə fasilədən sonra “Zirə” “Sumqayıt”la müqayisədə daha yaxşı oynadı. Hissələr arasında nə dəyişdi ki?

- Ciddi nəsə dəyişmədi. Fasilədə baş məşqçimiz bacadığımızdan daha artığını meydanda qoymağı, daha istəkli oynamağı, daha böyük qüvvə ilə irəli getməyimizi tövsiyə etdi. Rəqibə hörmətlə yanaşıram, amma deməliyəm ki, ikinci hissədə üstünlük bizim tərəfimizdə idi.

Söhbətləşdi: İBRAHİM




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30