24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Tərlan Əhmədovun cavabı

Topaz Premyer Liqasında fasilə başa çatdı. Həftəsonu keçirilən 4 oyunda yalnız 1 qalib oldu - “Neftçi”. O “Neftçi” ki Antalyada keçirdiyi hazırlıq dövründə gələnə də uduzurdu, gedənə də. O “Neftçi” ki “Ska-Xabarovsk”dan aldığı 1:8-lik məğlubiyyətdən sonra gülüş hədəfinə çevrilmişdi.

Təbii ki, 1:8-lik məğlubiyyətə bəraət qazandırmaq mümkün deyil. Amma istənilən halda, bu, yoxlama oyunu idi. Aydın məsələdir ki, rəsmi oyun(lar)da qazanılan qələbə yoxlama görüşündə qeydə alınan istənilən hesablı yenilgini unutdurur.

Qış fasiləsində keçirdiyi bütün yoxlama oyunlarında uduzan “Neftçi”nin hazırlıq planı, yoldaşlıq görüşlərindəki səhvlər, komandadakı çatışmazlıqlar qaldı bir kənarda. Əsas müzakirə mövzusu oldu baş məşqçi Tərlan Əhmədovun qəlyan çəkməsi, yaxud ümumiləşdirilmiş şəkildə desək, şəxsi həyatı. Təbii ki, heç kimin başqasının şəxsi həyatına qarışmağa ixtiyarı yoxdur. İşdən sonra kim nə edir, özü bilər. O cümlədən də Tərlan Əhmədov. Məgər siz, biz işdən sonra qəlyan çəkmirik? İşdən sonra hər bir adamın istirahət vaxtı var və həmin müddəti istədiyi kimi keçirməkdə azaddır.

Yay, qış təlim məşq toplanışı zamanı komandanın məşqçisi də, futbolçusu da, həkimi də, massajisti də, inzibatçısı da xeyli yüklənir. Bu zaman istirahətə daha çox ehtiyac duyulur. Məsələn, ölkəmizdə çalışmış Berti Foqts, Vinfred Şefer kimi mütəxəssislər uzunmüddətli toplanışlar zamanı 5-6 gündən bir komandaya istirahət verirdilər. İstirahət günü komandanın əyləncəsinə həsr olunurdu. Əslində, belə də olmalıdır. Çünki futbolçu yox, adi adam belə, eyni rejimdən yorulur, bezir. Bu zaman istirahət mütləqdir. Amma əksər klublarımızda vəziyyət fərqlidir. Məsələn, Antalyada düşərgəsində olduğum “Səbail”, yaxud hakimlər demək olar ki toplanışı istirahətsiz keçirdilər.

O ki qaldı “Neftçi”nin dünənki qələbəsinə, məncə, bu, Tərlan Əhmədovun onu haqsız yerə tənqid edənlərə, şəxsi həyatına qarışanlara kiçik cavabı idi. Matçın gedişində Əhmədovun etdiyi 1 əvəzetmə görüşün taleyini həll etdi. Oyuna sonradan qoşulan Mirabdulla Abbasov vurduğu qolla həm komandasına qələbə qazandırdı, həm də növbəti dəfə Tərlan Əhmədovun oyunu oxuma qabiliyyətini sübut etdi. Təbii ki, bir qələbə ilə heç nə dəyişmir. “Neftçi”nin çalışdırıcısının ən yaxşı cavabı mövsümün sonunda qazanılacaq kubok, yaxud avrokuboklara vəsiqə qazanmaq olacaq. Özünün də dediyi kimi, o, “Neftçi”ni götürəndə komandanın 1 xalı var idi. Geridə qalan müddətdə vəziyyət yaxşıya doğru dəyişibsə, indiki halda Əhmədovu tənqid etməkdən daha çox, mövsümün sonunu gözləmək lazımdı. Bir də unutmayaq ki, Əhmədovun qəlyanını gündəmə gətirmək ciddi medianın işi deyil. Diqqətlə izləsəniz, görəcəksiniz...

İBRAHİM




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30