20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Vaqif Cavadov: “Bu halda bəlkə də ədalətsizlik olardı”

"Fasilədən sonra birinci oyun idi. Hər iki komanda qalib gəlmək istəyirdi".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Topaz Premyer Liqanın 15-ci turunun “Səbail”lə oyunundan sonra “Keşlə”nin hücumçusu Vaqif Cavadov deyib. Təcrübəli futbolçu 1:1 hesabı ilə başa çatan qarşılaşma barədə fikirlərini açıqlayıb:

“İlk oyunlar həmişə gərgin olur. Bilirsiniz ki, dünənki oyunlar da heç-heçə başa çatdı. Hansısa komanda qələbə qazansaydı, bəlkə də ədalətsizlik olardı. Çünki meydanda bərabərsəviyyəli oyun getdi. İnanıram ki, gələn oyun daha yaxşı olacaq”.

Uzun müddət futbolsuz qalan “Keşlə”nin yeni transferi özünü 90 dəqiqə oynamaq üçün hazır sayır: “Məşqlərimi edirəm. Baş məşqçi də hər şeyi görür. Hər oyuna uyğun heyət müəyyənləşdirir. Heç bir problem yoxdur. Kimin oynayıb-oynamayacağına baş məşqçi qərar verir. Əsas məqsədimiz nəticə qazanmaqdır”.

Müəyyən fasilədən sonra yenidən Premyer Liqaya qayıdan Cavadov darıxdığını etiraf edib: “Çempionat üçün darıxmışam. Hər şey qabaqdadır. Ümid edirəm ki, yaxşı olacaq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30