23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

"Hafiz Məmmədov ölkəsinin xaricdə tanıdılmasını ürəkdən istəyir"

Fransanın “Lans” klubunun prezidenti Jerve Martel Avropanın məşhur “Frans futbol” nəşrinə müsahibə verib. Jerve Martel müsahibəsində Hafiz Məmmədovla tanışlığının, onun “Lans”a sahib olmaq istəməsinin tarixçəsindən danışıb. Həmin müsahibəni təqdim edirik:

- Hafiz Məmmədovla tanışlığınız nə zaman baş tutdu?

- Mən onunla 2012-ci ildə, Kannda istirahət edərkən münasibət qurdum. Onu tanıyan dostum dedi ki, “Hafiz Məmmədov futbolla maraqlanan adamdır, ona sənin barəndə danışmışam. Əgər istəyirsənsə, axşam saat 9-da sizi görüşdürüm”. Razılaşdım. İlk görüşdəcə biz bir-birimizi başa düşdük, ümumi dil tapdıq. Düzü, həmin görüşdə futboldan danışmadıq. Avqustun 14-də məzuniyyətdən qayıtdım. Bundan sonra da hər dəfə onunla əlaqə saxlayırdım. O vaxta qədər isə Kannda hər gün görüşürdük. Hafiz Məmmədovla tanışlığım təsadüf yox, bir şans idi.

Münasibətlərimiz möhkəmlənəndən sonra, Kannda olarkən bir dəfə o mənə dedi ki, bu gün İspaniya superkubokunda “Barselona”nın oyununa baxmaq istəyir. Bunu söyləyəndə saat 19.00 idi, oyun isə saat 22.00-da başlanacaqdı. Həm də biz Fransadan İspaniyaya getməli idik. Mən vaxtımızın az, ora çatmağın isə mümkünsüz olduğunu dedim. Amma elə alndı ki, matçın başlamasına beş dəqiqə qalmış biz artıq stadionda idik. Hafiz Məmmədov çox sadə və insalarla söhbətə açıq insandır. Həmin vaxt  Lansdan olan bir nəfər bizə yaxınlaşdı. Əməkdaşlıqla bağlı Hafiz Məmmədovla söhbət etdi. Bundan sonra o, bizi Azərbaycana dəvət etdi. O, ölkəsində çox nüfuzlu adamdır. Hafiz Məmmədov ölkəsinin xaricdə tanıdılmasını ürəkdən istəyir.

- Azərbaycana ilk dəfə nə vaxt səfər etdiniz?

- 2012-ci ilin sentyabrında Dakur Olivye, Jan-Pyer Papen və Djozelin Blanşarla birgə Bakıya getdik. Bundan sonra da orada səfərdə olduq. İndi mənim Bakıya daimi vizam var.

- Bakı necə şəhərdir?

- Ora sanki Dubaydır. Bakı YUNESKO-nun mədəni irsi siyahısına daxildir.

- Hafiz Məmmədov Fransa futboluna bələddir?

- O, daha çox İspaniya futboluna azarkeşlik edir, amma əlbəttə, bizim futbolla da maraqlanır. O, Fransa futboluna kifayət qədər sərmayə yatırmaq istəyir. 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30