26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Samir Abasov: “Bu suala “hə” desəm, mənə cərimə düşəcək?”

“Bizim üçün çətin idi. “Zirə” ilə Antalyada eyni oteldə qalırdıq. Amma vətənə qayıtdıqdan sonra bildik ki, 3-4 yeni oyunçu götürüblər. Tanımadığımız futbolçulara qarşı oynamaq işimizi çətinləşdirirdi.

Oyuna yaxşı başladıq. Amma 1 xala şükürlər olsun. Sonda 1:2, 1:3 uduza bilərdik. Bunu ataq birinci oyun olmasının üstünə. İkinci hissədəki kimi oynamağa davam etsək, ancaq 7-8-ci yerləri tuta bilərik. Halbuki fiziki cəhətdən komandamızda hər şey qaydasındadı. Əfsuslar olsun ki, komandamda 3-4 nəfər var ki, bu gün oyunun tez başa çatmasını arzulayırdılar. Futbolçularımız böyümək istəyirlərsə, psixologiyalarını dəyişməlidirlər”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Zirə” ilə oyundan (1:1) “Sumqayıt”ın baş məşqçisi Samir Abasov deyib.

Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.

- Özünüz də qeyd etdiz ki, birinci hissədə yaxşı, ikinci hissədə zəif oynadız. Demək olar ki, 3 əvəzetmənin heç biri özünü doğrultmadı?

- Ancaq Nicatı azca qeyd etmək olar. O, əvvəlki klublarında həmişə ehtiyatda qalıb. İndi özünü göstərməlidi. Meydana çıxandan sonra futbolçu 10 dəqiqəyə yorulursa, deməli oynamağa layiq deyil.

- Meydanda maraqlı mübarizə getsə də, sanki Fərhad Vəliyev tempə uyğun gəlmirdi...

- Birinci hissədə komandamdan razı qaldım. İkinci yarıda tam “Zirə” üstün oynadı. Komandamızda demək olar ki, dəyişiklik yoxdur. Antalyadakı oyunlarımız, məşqimiz də tempi aşağı salmamağa hesablanmışdı.

- Oyun ərzində Əliyar Ağayevə etiraz edirdiniz. Onun idarəçiliyindən narazı qaldız?

- İndi bu suala “hə” desəm, mənə cərimə düşəcək?

- Bəli.

- Yox, narazı deyiləm. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30