28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

TPL təmsilçilərinin heyətlə bağlı qayğıları: Kimlər ilk turu buraxacaq?

Sabah 2 aylıq fasilədən sonra Topaz Premyer Liqasında (TPL) XV tura start veriləcək. Futbolxeber.az saytının verdiyi məlumata görə, qış hazırlığını Antalyada keçirən komandalar oyun saatını gözləyirlər.
 
Bəs, görəsən, TPL təmsilçiləri qış fasiləsindən sonra ilk tura hansı itkilərlə çıxmalı olacaq? Bununla bağlı araşdırmamızda heyətlərdəki zədəli, cəzalı futbolçuları öyrəndik. 
 
Turun mərkəzi matçında lider "Qarabağ" ən yaxın izləyicisi "Qəbələ"ni qəbul edəcək. Rəqibini 6 xal qabaqlayan "köhlən atlar" qələbə müqabilində fərqi 9-a qaldırıb intriqanı öldürə bilərlər. Amma bu, "Qarabağ"a heç də asan başa gəlməyəcək. Mövsümlərarası fasilədə komandanın əsas "qol silahı" Dino Ndlovu Çinə transfer olundu. Üstəlik, zədə səbəbindən Migel Madera, Əfran İsmayılov, Bədavi Hüseynov və Qara Qarayev də matçı buraxmalı olacaq. Onların hər birinin zədə problemi var.  "Qəbələ"nin heyətində isə heç bir itki yoxdu. Xeyli vaxt zədədən əziyyət çəkən hollandiyalı yarımmüdafiəçi Dion Malone ilə xəstəliyini sağaldan kapitan Cavid Hüseynov meydana çıxmağa hazırdırlar. Bu isə o deməkdi ki, "qırmızı-qaralar" matça optimal heyətlə hazırlaşır. Matçın start fiti fevralın 10-u saat 19:00-da veriləcək.
 
Sabahkı digər oyunda 3-cü pillənin sahibi "Zirə" də turnir cədvəlində qonşusu "Sumqayıt"ı qəbul edəcək. Qəsəbə təmsilçisi qələbə müqabilində, "Qarabağ" isə uduzmayacağı halda 2-ci pilləni özünə qaytara bilər. Ancaq zirəlilərin bu matçda xeyli itkiləri mövcuddu. Belə ki, baş məşqçi Ayxan Abbasov birdən-birə 2 hücumçunun - qanalı Riçard Qadze ilə Vüsal İsgəndərlinin xidmətindən məhrum olub. Onların hər ikisi vərəqə limitini aşdığından cəzalıdı. Qapıçı Anar Nəzirovla kamerunlu müdafiəçi Jozef Boum II zədə səbəbindən "Sumqayıt"a qarşı meydanda olmayacaq. Samir Abbasovun başçılıq etdiyi "Sumqayıt"da isə yeganə itki "Keşlə"dən transfer edilən Elnur Abdullayevin adı ilə bağlıdı. Təcrübəli yarımmüdafiəçi zədə səbəbindən matçı buraxacaq. "Zirə" - "Sumqayıt" oyunu saat 16:00-da start götürəcək.
 
Premyer Liqada qalmaq uğrunda uğrunda mübarizə aparan "Keşlə" ilə "Səbail" "İnter Arena"da qarşılaşacaq. Rəqibindən 5 xal geri qalmaqla 7-ci pillədə qərarlaşan "Keşlə"nin qələbədən başqa yolu yoxdu. "Səbail"lə matç həmçinin meydan sahiblərinin ukraynalı çalışdırıcısı Yuri Maksimovun debütü ilə əlamətdar olacaq. İtkilərə gəlincə, Maksimovun debütünü gənc yarımmüdafiəçi Aqşin Quluzadə zədə səbəbindən kənarda izləməli olacaq. "Səbail"də isə qış hazırlığında zədələnən kapitan Eltun Yaqubluyla yarımmüdafiəçi Murad Ağayev heyətdən kənarda qalıb. Matç fevralın 11-də saat 15:00-da keçiriləcək.
 
Antalyada hazırlıq matçlarında 1:8 hesablı biabırçı məğlubiyyətlərlə yadda qalan 2 komanda - "Neftçi" və "Kəpəz" üz-üzə gələcək. Autsayderi məğlub etməyə çalışacaq "ağ-qaralar"ın heyətində gənc futbolçular - müdafiəçi Ömər Bədəlovla yarımmüdafiəçi Elnur Cəfərov zədə ucbatından gəncəlilərə qarşı meydanda olmayacaqlar. Elnur Süleymanovla yeni transfer Lukas Qomezin oynayıb-oynamayacağı matç saatında bilinəcək. Mövsümlərarası fasilədə bir neçə yeni futbolçunun heyətinə qatan "Kəpəz"də isə itkilər 2 futbolçudan ibarətdi. Qış transferi olan Murad Səttarlı zədəlidirsə, braziliyalı müdafiəçi Dedimar Ferreyra da cəza səbəbindən "Neftçi"yə qarşı oynamayacaq. Matç fevralın 11-i saat 17:30-da başlayacaq.

sport24.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31