20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Çexiya klubunda daha bir azərbaycanlı futbolçu

Daha bir azərbaycanlı futbolçu Çexiyanın “Slaviya” klubunun düşərgəsinə baxışa yollanıb. Futbolxeber.az xəbər verir ki, söhbət “Qəbələ” Futbol Akademiyasının yetirməsi, U-17 millimizin yarımmüdafiəçisi Samir Qurbanovdan gedir. Sözügedən futbolçu hətta Praqa təmsilçisinin U-21 komandasının “Humpoleç”ə qarşı keçirdiyi yoxlama oyununda da qüvvəsini sınayıb. 
 
2001-ci il təvəllüdlü futbolçu “Slaviya”nın 6:0 hesabıyla qalib gəldiyi oyuna start heyətdə başlayıb. Lakin o, fasilədə əvəzlənib.
 
Qeyd edək ki, bu oyunda “Slaviya”nın azərbaycanlı futbolçusu Fərid Nəbiyev də iştirak edib. Ötən ildən Praqa klubunun şərəfini qoruyan futbolçumuz start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
 
Onu da xatırladaq ki, “Slaviya” yanvar ayının əvvəlindən “Qəbələ” Futbol Akademiyasının daha iki üzvünü – Amin Seydiyevlə Rövlan Muradovu da sınaqdan keçirirdi. Hələlik, həm bu iki oyunçu, həm də Samir Qurbanovla bağlı yekun qərarın necə olacağı müəyyənləşməyib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30