25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

"Simurq" günü bir məşqlə tamamladı

"Simurq" Avstriyanın Tirol bölgəsində davam etdirdiyi yeni mövsümün hazırlıqları çərçivəsində dünən bir məşqə çıxdı. Futbolxeber.az-ın məlumatına görə, baş məşqçi Georgi Çixradzenin rəhbərliyi altında səhər hazırlığı iki saata yaxın davam etdi.

Əvvəlcə gürcü mütəxəssis yetirmələrini ətrafına toplayaraq onlarla qısa söhbət etdi. Bundan sonra isə məşqə start verildi. "İstanbul BB" ilə yoldaşlıq görüşündə 90 dəqiqə forma geyinmiş futbolçular komandadan ayrı, köməkçi məşqçi İqor Qetmanın rəhbərliyi altında hazırlığı davam etdirdi. Sonda isə öz aralarında qısa ötürmələrlə məşqi tamamladılar.

Digər qrup isı fiziki hazırlıq üzrə məşqçi Aleksandr Karakliçin rəhbərliyi alıtnda məşqə fiziki təmrinlərlə başladı. Daha sonra isə qısa ötürmələrdən ibarət taktiki çalışmaları yerinə yetirdilər. Hazırlığın sonunda isə Rəşad Eyyubov, Rövşən Əmiraslanov və Salif Ballo Georgi Çixradzenin rəhbərliyi altında qapıya zərbələr üzərində xüsusi məşq elədi.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30