29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Xaqani Məmmədov: “İstəyirdik ki, hakimlərimiz çox səhv etsinlər”

AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov Antalyada azərbaycanlı jurnalistlər üçün brifinq keçirib.

Futbolxeber.az saytının məlumatına görə, hakimlərin toplanışının yekunu ilə bağlı danışan X.Məmmədov daha sonra sualları cavablandırıb:

“İlk növbədə hər birinizi salamlayıram. Bu gün bizim soş iş günümüz idi. Əvvəlki illərdə son gündə günortadan sonra hakimlərə istirahət verirdik. Amma bu dəfə saat 10-da hazırlığı başa vurduq.

Builki toplanış əvvəlkilərdən fərqləndi. Çünki ilk dəfə idi ki, xeyli sayda gənc hakimləri toplanışa dəvət etdik. Bu, ikinci dalğadır. İlk belə dalğa 2008-ci ildə olmuşdu. Budəfəki toplanışda gənc hakimlərə daha çox oyun həvalə etdik. Bu, onlara göstərilən etimad idi. Avropanın bir çox tanınmış klublarının oyunlarında oldu hakimlərimiz. Ümumilikdı, 74 oyunda hakimlərimiz iş başında oldular.

Çoxlu oyun idarə etməyimiz çempionatdakı matçların sayını az olması ilə əlaqədardı. Elə hakim var ki, mövsümün ilk yarısında cəmi 3-4 oyun idarə edib. Amma burada 12 gündə 6-7 görüşdə iş başında oldu. İstəyirdik ki, hakimlərimiz çox səhv etsinlər. Çünki bu halda səhvlərimizi görüb, inkişaf edə bilərik.

Çempionatın ikinci yarısı çox gərgin olacaq. Təcrübəli hakimlər də praktika qazanmaq üçün mümkün qədər çox oyun idarə etmək istəyirdilər. Sağ olsun, PFL-in operatorları. İdarə olunan görüşlərin əksərini lentə aldılar. Axşamlar da oyunların təhlili aparılırdı. Eləcə də hakimlikdəki yeniliklərə tanış oldular. Qaydalarla təkcə hakimlər tanış olmalı deyil. Bu, klub nümayəndələrinə, futbolçulara da aiddir. Bu səbəbdən də hakimlərimiz “Qəbələ”, “Səbail”, “Keşlə”, “Kəpəz”in düşərgəsində oldular. Həmin klublar üçün seminar keçildi. Bəzən futbolçular lazımsız vərəqə alırlar. Bundan qorunmaq üçün seminarların təşkili vacib idi. Srağagün hakimlərimiz fiziki normativləri yüksək səviyyədə verdilər. Kimin buna şübhəsi olsa, çəkilişi izləyə bilər. Bəzi hakimlər toplanışa fiziki cəhətdən hazır gəlməmişdilər. Amma burada bütün çatışmazlıqlar aradan qaldırıldı.

Hakimlərimiz mövsümün ikinci yarısına tam hazırdılar. Amma bu, o demək deyil ki, bütün görüşlər səhvsiz idarə olunacaq. Mütəxəssislərin hesablamalarına görə, hər bir hakim oyun ərzində minimum 6-7 xırda folda səhv edə bilər”.

- Azərbaycan klublarının oyunlarında rəqib komandaların hakimlərimizin idarəçiliyindən narazı qalması haqda deyilənlər doğrudur?

- Hakimlərin idarəçiliyi ilə bağlı heç bir narazılıq olmayıb. Sadəcə, Azərbaycan klubu ilə görüşdə əcnəbilər azərbaycanlı hakimlərin iş başında olmasını istəməyiblər. Hətta “Qarabağ” və “Səbail” rəhbərliyi bizdən xahiş etdilər ki, onları bir qədər sıxaq. Təbii ki, belə şey ola bilməz. Hakimə necə deyək ki, bu komandanı sıx?

- Hazırlıq müddətində hakimləri xeyli yüklədiniz. Düşünmürsüz ki, bu, əks təsir göstərə bilər?

- Keçən il belə oldu. Antalyadan qayıdandan sonra ilk 3 turda kobud səhvlər etdilər. Amma bu dəfə çempionatın startına 1 həftə vaxt var. Keçənilki səhvlərimizdən də nəticə çıxarmışıq.

- FİFA hakimlərimizin sayının artması nə zamana gözlənilir?

- UEFA tərəfindən hər bir ölkə üçün kvota var. Amma istisnalar da mümkündür. Əliyar İ kateqoriyaya yüksəlsə, bizə daha bir yer verilməsi mümkündür.

- 2018-ci ilin ilk turunda “Qarabağ” öz meydanında “Qəbələ”ni qəbul edəcək ki, bu oyunda bəlkə də çempionluğun taleyi həll olunacaq. Həmin oyunu hansı hakim, sizcə, yüksək səviyyədə idarə edə bilər?

- Bayaq bu sualı mənə Ramin müəllim (PFL prezidenti Ramin Musayev nəzərdə tutulur - İ.C) də verdi. Ona da dedim, hazırda toplanışda olan istənilən hakim həmin görüşü idarə edə bilər. O demək deyil ki, yenə həmin matça Fariz Yusifov təyinat alacaq. “Qarabağ” və “Qəbələ” arasındakı son görüşü Ömər Paşayev çox yüksək səviyyədə idarə edib. Baxmayaraq ki, qolun birində kiçik səhvi oldu.

- Bundan sonra bir baş hakimi həmişə eyni köməkçilərin müşayiət etməyəcəyini bildirmisiz. “Neftçi” - “Qəbələ” matçında səhvə yol verən Zeynal Zeynalova bu toplanışda Əliyar Ağayevlə eyni oyunlara təyinat verməmisiz. Düşünmürsüz ki, bu, Əliyarın işinə çətinlik yarada bilər?

- İstəyirik ki, Zeynal Zeynalov özünü ələ alsın, toparlansın. Burdakı səhvləri keçmək olar. Amma UEFA-da səhvləri bağışlamırlar. Zeynala dedik ki, sən Əliyarı pis vəziyyətdə qoya bilərsən. Əlbəttə ki, hər hakimin öz briqadasının olması yaxşı haldı. Lakin bəzən yan xətt hakimləri düşünürlər ki, onsuz da, eyni baş hakimin təyinat aldığı bütün matçlara gedəcəklər. Biz bu stereotipi pozmaq istəyirik.

İBRAHİM, Antalya

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31