19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Hakimlər "Qəbələ"yə seminar keçdi

"Qəbələ" 2017/18 mövsümünün ikinci yarısına hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirir.

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, "Gloria" oteldə məskunlaşan komanda toplanışın son günlərini də aktiv proqramla keçirir.

Ötən gün komandanın yerləşdiyi otelə gələn azərbaycanlı hakimlər - İnqilab Məmmədov və Mübariz Haşımov məşqçi və futbolçu heyəti ilə görüş keçirib.

Hakimlər futbol qaydalarına edilən son dəyişikliklərdən danışıb, futbolçulara ətraflı məlumat veriblər. Oyundankənar vəziyyət, cərimə zərbələri, penalti və simulyasiya hərəkətləri ilə bağlı qaydalarda edilən dəyişikliklər videosüjetlərlə ətraflı izah edilib.

Sonda komandanın baş məşqçisi Roman Qriqorçuk qonaqlara təşəkkür edib, qarşıdakı çempionat oyunlarının idarəçiliyində uğurlar diləyib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30