20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Qəbələ” - “Qarabağ” oyunu çempionluğun taleyini həll etməyəcək”

“Hakimlərin qış toplanışı artıq ənənəyə çevrilib. Bu təşəbbüsün reallaşmasında AFFA prezidenti Rövnəq Abdullayev və baş katib Elxan Məmmədovun rolu böyükdür”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Antalyada azərbaycanlı jurnalistlər üçün mətbuat konfransı keçirən Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.

O qeyd edib ki, hakimlərimiz Antalyada 74 oyun idarə ediblər: “Hakimlərimiz ölkə çempionatında az oyun idarə edirlər. Burada olduqları müddətdə isə referilərimiz 74 oyuna təyinat alıblar. Toplanışda məqsəd hakimlərin fiziki və nəzəri biliklərinin artırılmasıdır. İstəyimiz odur ki, heç bir klubun haqqı tapdalanmasın”.

PFL prezidenti bildirib ki, Antalyada hakimlərlə yanaşı, klubların da çıxışlarını diqqətdə saxlayırlar: “Klublarımızın hazırlıqları ilə də maraqlanırıq. Ona görə ki, sabah bizə bir söz deyəndə, harada səhv etdiklərini bildirək. Klublara müdaxilə etmək ixtiyarımız olmasa da, onların hazırlıqlarını da diqqətdə saxlayırıq”.

R.Musayev Fariz Yusifovun Antalya toplanışında iştirak etməməsini problem hesab etmir: “Bilirik ki, Fariz Yusifov elə bir sahədə çalışır ki, onun fiziki hazırlıq keçməsinə ehtiyac yoxdu. Onun təcrübəsizə söz ola bilməz. Fariz hazırda ən təcrübəli hakimlərimizdən biridir və onun bu toplanışda iştirak etməməsi problem deyil”.

2018-ci ilin açılış turunda “Qəbələ” öz meydanında “Qarabağ”ı qəbul edəcək. R. Musayev qeyd edib ki, həmin görüşü idarə edə biləcək bir neçə hakim var: “Rauf Cabbarov toplanışa qatılmasa da, yaxşı formadadı. Həmin matçı Fariz Yusifov da idarə bilər. Eləcə də FİFA referilərimiz. “Qəbələ” - “Qarabağ” görüşündə ədaləti qoruya bilərlər. Mən hansısa təyinata qarışmıram. Amma bilirəm ki, bu gün həmin matçında öhdəsindən gələ biləcək bir neçə hakimimiz var.  

Keçmiş hakim Rövşən Əhmədovun oğlu çox perspektivli uşaqdı. Amma atası tələsir. Vaxt lazımdı. Amma o, çox yaxşı uşaqdı. Deyərdim ki, hətta bu gün kənardan ona psixoloji dəstək versək, “Qəbələ” - “Qarabağ” görüşünü rahat şəkildə idarə edə bilər.

Düşünmürəm ki, haqqında danışılan oyun çempionluğun taleyini həll etsin. “Qarabağ” qələbə qazansa, xal fərqi 9-a çatacaq, düzdür. Amma qarşıda hələ 13 tur qalacaq. Ona görə də “Qəbələ” - “Qarabağ” oyununun çempionluğun taleyini həll edəcəyini düşünmürəm”.

İBRAHİM, Antalya




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30