20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Tale Heydərov "Qəbələ" kollektivi ilə görüş keçirdi

"Qəbələ" - "Gənclərbirliyi" (3:1) matçını izləyən "Qəbələ" İdman Klubunun prezidenti Tale Heydərov qarşılaşmanın ardından komandanın texniki və futbolçu heyəti ilə görüş keçirib. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, görüş zamanı kollektivi gözəl oyuna və qələbəyə görə təbrik edən Tale Heydərov "Qəbələ"ni qarşıda çətin və məsulliyyətli dövrün gözlədiyini bildirib. Heydərov həm məşqçi, həm də futbolçu heyətinə inandığını, mövsümün sonunda "Qəbələ"nin istənilən nəticəni əldə edəcəyinə şübhə duymadığını bildirib, Azərbaycan Premyer Liqası və Ölkə Kubokunda uğurlar arzulayıb.

"Qəbələ"nin baş məşqçisi Yuri Syomin prezidentə komandaya yaradılan şəraitə görə təşəkkür edib və onlara olan güvənin qarşılığını vermək üçün səylə çalışacaqlarını vurğulayıb. Görüşün sonunda Tale Heydərov komanda üzvləri ilə birlikdə xatirə şəkili çəkdirib. Klub prezidenti daha sonra "Qəbələ" kollektivi üçün təşkil olunmuş şam yeməyində iştirak edib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30