23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Qurbanov: "Nəticə mütləqdir"

"Klubla yığmanın fərqi var. Hamı başa düşür ki, bu, milli komandadır. Burada məsuliyyət daha böyükdür. Bunu hamı başa düşür. Çalışırıq futbolçularla düzgün münasibət quraq".

Futbolxeber.az saytının qol.az-a istinadən verdiyi məlumata görə, bunu Azərbaycan millisinin baş məçqçisi Qurban Qurbanov Moldova yığması ilə yoldaşlıq oyunundan əvvəl təşkil olunmuş brifinqdə deyib. O, bildirib ki, bu gün futbolçulardan istədikləri oyunu tələb etmək düzgün olmaz:

"Hər klubun məşq və oyun tərzi fərqlidir. Yoxlama matçlarında məğlubiyyət önəmli deyil. "Neftçi"nin futbolçularına böyükhesablı məğlubiyyətə görə psixoloji yox, fiziki yorğunluq daha çox təsor edə bilər Yoxlama matçılarında çox oynayıblar. Onların Moldova ilə matça hazır olma ehtimalları azdır. Hamımız peşəkarıq. Klub nəticələrin kənara qoymalıyıq".

- Moldova yığması ilə görüşdə nəticə nə dərəcədə vacibdir

- Nəticə mütləqdir. İlk oyunda uğurlu nəticə əldə etmək istəyirik. Bir oyun bizim üçün çox azdır. İstərdik ki, iki oyunumuz olsun. Bəlkə Moldova yığmasını hazırlığı daha yaxşıdır. Çünki iki gün əvvəl Cənubi Koreyaya qarşı oynayıbıar. Futbolçuların meydanda istəkləri və düşünmələri önəmli olacaq. Komandanı daha yaxşı hazırlamağa çalışırıq.

- "Qarabağ"da rotasiyalar edən məşqi kimi tanınırsınız. Yığmada da eyni şey olacaq?

- Rotasiyaya ehtiyac yoxdur. Bütün futbolçuların meydanda olmasın istərdim. Özümdə təxmin etmişəm ki, bəzi mövqelər üzrə bir hissə oynasınlar. Bəziləri isə matçın gedişindən aslıdır.

- Start heyətini deyə bilərsiniz?

 - Xeyr, sabah elan edəcəyəm.

- Klublarımızdan birini yoxlama matçı üçün rəqib seçmək olar?

- Klub səviyyəsində oynamaq istəmirəm. Lazım olsa buna da gedərik. Amma istərdim ki, milli səviyyəsində olsun. Düşünmürəm ki kluba qarşı oynasaq, böyük fayda götürərdik.

- Moldova ilə oyunda əvəzetmə neçə nəfər olacaq?

- Hər bir halda razılıq olacaq.

- Müdafiənin mərkəzində kim olacaq? Maksim Medvedev?

- Başqa hansı mövqe narahat edir? (gülür). Hamısını desəm, start heyət bilinər. Bəli, Maksim olacaq.

- "Sumqayıt"dan Amil Yunanovla Bəxtiyar Həsənəlizadənin yığmaya çağırılması geniş müzakirəyə səbəb olub. Bu barədə nə deyə bilərsiniz?

- Belə bir səbəb yoxdur. Təkcə ikisi yox, digəri də nəzərimizdədir. Bir oyun olduğun nəzərə alıb futbolçuları yalandan çağırmaq düzgün olmaz. 7-8 futbolçu nəzərimdədir. Çempionat oyunlarında onlara baxmışam. Bu gün 3 qapıçı çağırmışıqsa, bu o demək deyil ki, həmişə onlar olacaq. Rəqibə uyğun heyət də fərqli olacaq. Daha çox futbolçular çağırıb hamıya inandımığı göstərmək düzgün deyil. 30 fulbolçu çağırıb 15-ni oynatmaq yaxşı deyil. "Neftçi"də, "Qəbələ"də və başqa klublarda var nəzərimdə olanlar var.

- Kamran Ağayev xəstə olduğu üçün məşqə gəlməyib. Sabah oynayacaq?

- Sabah bilinəcək. Qızdırması var idi.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30