28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Samir Əliyev: “Rəqibin təzyiqi altında oynaya bilmədik”

“Oyundan sonra uşaqlara təşəkkürümü bildirdim. Düzdür, səhvlərimiz oldu, məğlub olduq. Bununla belə, hər oyun bizim üçün təcrübədi. Mübarizə əzminə görə komandama minnətdaram”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Səbail”in baş məşqçisi Samir Əliyev Plovdiv “Lokomotiv”inə 1:3 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra deyib.

Gənc məşqçi bildirib ki, ikinci hissədə Bolqarıstan klubunun təzyiqi ilə üzləşiblər: “İlk hissədə yaxşı oynadıq. Amma fasilədən sonra rəqib pressinq tətbiq etməyə başladı. Təzyiq altında oynaya bilmədik. Yoldaşlıq oyunundan razıyam. Məqsədimiz elə hazırlıq prosesi çərçivəsində bizdən üstün rəqiblərlə oyunlarda təcrübəmizi artırmaqdı. 3 qol buraxmaq üzücüdü, amma komandadan ümumi narazılığım yoxdu”.

“Lokomotiv”lə görüşdə Samir Əliyev sona yaxın əsas qapıçı Emil Balayevi meydana buraxdı və qalan müddətdə qapısında 2 qol görən “Səbail” 1:3 hesabı ilə uduzdu. S. Əliyev həmin dəyişikliyin səbəbini belə izah edib: “Emil Balayev bir müddətdir zədəli idi. Ona görə də bu gün meydana çıxacağını planlaşdırmışdıq. Əvvəldən nəzərimizdə tutmuşduq ki, son 20 dəqiqə meydanda olsun. Böyük ehtimalla, növbəti matçda Emil 90 dəqiqə şans qazanacaq”.

“Səbail”in çalışdırcısı növbəti görüşdən də söz açıb: “Dördüncü yoxlama matçımız Slovakiyanın “Senitsa” klubuna qarşı olacaq. Fevralın 1-də keçiriləcək həmin matçda daha əvvəlki görüşlərdə az forma geymiş oyunlulara şans verəcəyik”.

Söhbətləşdi: İBRAHİM, Antalya




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31