24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Sumqayıt” Pandevin komandası ilə heç-heçə oynadı

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Sumqayıt” bu gün növbəti yoxlama oyununu keçirib.

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, Samir Abasovun komandası Makedoniya təmsilçisi “Akademiya Pandev” klubu ilə qarşılaşıb. 30-cu dəqiqədə “Sumqayıt” Vurğun Hüseynovun qolu ilə hesabda önə keçsə də, 44-cü dəqiqədə rəqib Aleksandar Mişov ilə hesabda tarazlığı bərpa edib. Beləliklə, oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

“Sumqayıt” FK meydana bu heyətlə çıxıb:

23. Mehdi Cənnətov, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov, 6. Kamal Mirzəyev, 7. Cavid Tağıyev, 9. Amil Yunanov, 14. Bəxtiyar Həsənalızadə, 17. Nicat Qurbanov, 18. Tural Axundov, 19. Azər Salahlı, 97. Xəyal Nəcəfov.

Meydana sonradan daxil olanlar:

1. Fərhad Vəliyev, 36. Süleyman Süleymanov, 11. Ehtiram Şahverdiyev, 20. Rüfət Abdullazadə, 32. Rəşad Eyyubov, 39. Tural Bayramlı, 70. Ülvi İsgəndərov.

Qeyd edək ki, “Sumqayıt” növbəti yoxlama görüşünü yanvarın 31-də Rusiya Premyer Liqası təmsilçisi “Anji”yə qarşı keçirəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30