24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

“Neftçi" olmasaydı, milliyə dəvət almamışdım”

“Neftçi”nin futbolçuları Ruslan Abışov, Rəhman Hacıyev, Emin Mahmudov, Rəşad Əzizli, Məhəmməd Mirzəbəyov və Anton Krivotsyuk Azərbaycan millisinə dəvət ediliblər.
 
Futbolxeber.az-ın məlumatına görə, onlardan 3-ü - Hacıyev, Əzizli və Krivotsyuk klubun rəsmi saytına açıqlamasında təəssüratlarını bölüşüblər.
 
Rəhman Hacıyev: "Uzun müddət idi milliyə çağırılmırdım. Yığmaya dəvət hər futbolçu üçün böyük şərəfdi. Baş məşqçi Tərlan Əhmədov mənə inandı və klubumda daim oynamaq şansı verdi. Formamı tam bərpa etdim, özüməinamım qayıtdı. Milliyə dəvət mənim üçün böyük stimuldu. Var gücümlə çalışacam ki, etimadı doğruldub komandamıza faydalı olum. İnanıram ki, yeni baş məşqçi Qurban Qurbanovun rəhbərliyi ilə böyük uğurlar qazanacağıq”.
 
Rəşad Əzizli: “Milliyə dəvət aldığım üçün xoşbəxtəm. Ölkənin əsas komandasında debüt etmək şansı qazanmışam. Bu səviyyəyə çatmağımda klubumuzun, qapıçılar üzrə məşqçimiz Rauf Salamovun böyük zəhməti var. Mənə bu sevinci yaşadan insanların ümidlərini doğrultmaq üçün əlimdən gələni edəcəm”.
 
Anton Krivotsyuk: “Karyeramın çətin dönəmində mənə dayaq olan “Neftçi”yə minnətdaram. Bu klub olmasaydı, milliyə dəvət almamışdım. Futbolçu kimi yetişməyim və milli səviyyəsinə yüksəlməyim "Neftçi”də çəkilən əziyyətin bəhrəsidi. Bu yerlərə gəlməyimdə klub rəhbərliyinin və illərdi mənim üzərimdə işləyən bütün məşqçilərimizin böyük əməyi var”.
 
Qeyd edək ki, Rəşad Əzizli və Anton Krivotsyuk yığmanın heyətində hələ debüt etməyiblər. Millimiz yanvarın 30-da Moldova ilə yoldaşlıq görüşündə üz-üzə gələcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30