29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

Yunis Hüseynov: “Meydanda döyüşkən komanda gördüm”

Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Kəpəz” artıq iki yoxlama oyunu keçirib.

Futbolxeber.az saytının məlumatına görə, komanda “Viitorul”  və “Daejeon Citizen” klubları ilə qarşılaşıb. İlk görüşdə 1:1 hesablı heç-heçəyə razılaşan Gəncə təmsilçisi son oyunda 1:0 hesabı ilə qələbə qazanıb.

Komandanın baş məşqçisi Yunis Hüseynov klubun saytına açıqlamasında yoxlama oyunlarını və toplanışın gedişini dəyərləndirib: ”Birinci yoxlama matçına kimi gündə iki dəfə məşq keçirdik deyə uşaqlar fiziki cəhətdən yüklənmişdilər. Ağır məşqlərdən sonra oyuna çıxdıq. Buna baxmayaraq matçın hesabı yox, futbolçuların verilən tapşırıqları yerinə yetirib düzgün oynamaları məni maraqlandırırdı. Onların əzmkarlığını və mövqelər üzrə necə çıxış etməsini görmək istəyirdim. Oyunçular yaxşı təsir bağışladılar. Meydanda döyüşkən komanda gördüm. Mübarizə keyfiyyətləri xoşuma gəldi. Mehriban kollektiv formalaşıb. Futbolçular meydandan kənarda da bir yerdədirlər. Sözləri bir-birinə xoş gəlir (gülümsəyir). Əsas olan budur. Kollektiv yaxşı olanda bu nəticədə də əks olunur. İkinci oyunda da heyət səylə mübarizə apardı. Bu məqam məni sevindirir. Amma çatışmayan cəhətlər var və bunun üzərində işləyirik. Vəziyyəti düzəltmək üçün əlimizdən gələni edəcəyik”.

Təcrübəli mütəxəssis transfer çalışmalarının yekunlaşmadığını və axtarışda olduqlarını deyib: “Ön xətdə çatışmazlıq var. Hücumçu mövqeyinə hələ ki, oyunçu götürə bilməmişik. Bu yöndə işlər gedir. Azarkeşlərimiz elə bilməsinlər ki, dayanmışıq, əsla, gecə-gündüz axtarışdayıq. Menecerlər tərəfindən çoxlu futbolçular təklif olunur, onları təhlil edirik. Komandamıza kömək edə biləcək forvard götürmək fikrindəyik. Bu istiqamətdə çalışırıq. Düzdü, çətindir amma bacardığımız qədər bunun öhdəsindən gələcəyik. Yeni komanda formalaşdırmışıq. Heyətə çoxlu futbolçular götürmüşük. Toplanışda taktiki hazırlıqlara üstünlük vermişik, uşaqların meydanda bir-birlərini daha yaxşı başa düşməsi üçün çalışırıq. Çətin olmasına baxmayaraq 50-60 faiz anlaşma var. Bu heyətlə cəmi iki matç keçirmişik, bütün futbolçulara oynamaq şansı verilib. Oyunçular hazırlıq proseslərində öz üzərlərində səylə çalışırlar, yaxşı əhval-ruhiyyə ilə məşq edirlər, onlardan razıyam. Bura gələndən istirahət etməmişik, bütün fikrimiz ciddi şəkildə hazırlığa yönəlib. Şükür ki, heyətdə zədəli oyunçumuz yoxdur”.

Yunis Hüseynov əvvəlki iki mövsümdə “Kəpəz”də forma geyinmiş Dario Frederikonun yenidən komandaya qayıtmasına da münasibət bildirib: “Dario gəncəli azarkeşlərin sevimli futbolçularından biridir. Onunla müqavilə bağladıq, inanırıq ki, “Kəpəz”ə kömək edəcək. Frederiko öz oyununu göstərə bilir, bununla belə fiziki planda tam hazır deyil. Durumunu yaxşılaşdırmaq üçün fərdi proqram tutmuşuq, onun üzərində iş gedir. Çalışacağıq ki, çempionatın ikinci hissəsinin startı üçün hazır edək. İndi hardasa 60 fazi hazırdır”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31