24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Qriqorçuk: "Şans verdik ki, yığmaya tam qaydasında yollansınlar"

"Bu gün oyun vaxtını futbolçular arasında bölmüşdük. İstədiyimiz də uğurlu alındı".

Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk “Rabotniçki” ilə yoxlama oyunundan (2:1) sonra klubun rəsmi saytına açıqlamasında deyib. Ukraynalı mütəxəssis bugünkü görüşdə daha çox milli üzvlərinə şans verməsinin səbəbini açıqlayıb:

“Milli komandanın üzvlərinə daha çox oynamaq imkanı verdik ki, onlar yığmaya tam qaydasında yollansınlar. Yanvarın 27-də keçirəcəyimiz oyunda onlara az şans verəcəyik. Ola bilər ki, bu oyunçular istirahət etsin. Onlar ayın 30-da meydana çıxacaq və bir qarşılaşmadan sonra geri dönəcək”.

Makedoniya klubuna 2:1 hesabı ilə qalib gəldikləri oyundan da danışan Qriqorçuk hazırlıq prosesinin plana uyğun getdiyini vurğulayıb: “Rabotniçki” ilə matça gəlincə, qarşılaşmada yetərincə məlumat əldə etdik. Yoxlama matçlarında belə olur. Bu gün müsbət məqam daha çox idi. Əlbəttə ki, səhvlər də oldu. Ümumilikdə hazırlıq öz qaydasında gedir. Bu oyunun əvvəlki iki matçdan aşkar fərqləndiyini deməzdim. Amma ümumilikdə yaxşı oyun oldu. Həmin matçlarda da imkanlarımız olmuşdu. Müsbət məqam kimi onu qeyd edərdim ki, bütün futbolçuları meydanda görə bildik. Bunu əvvəl gerçəkləşdirə bilmirdiksə, bu dəfə hər şey plana uyğun şəkildə oldu. Bu da müsbət məqamdır”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30