19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Bilyaletdinov: "Neftçi" bizdən bunu gözləmirdi"

"Belə hesabla qalib gəldikdən sonra hansısa narazılıq bildirmək yəqin ki, yanlış olardı. Oyuna gəlincə, hesabın belə alınmasına gətirən məqamları daha da möhkəmləndirməyə çalışmaq lazımdır".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri  "SKA-Xabarovsk"ın baş məşqçisi Rinat Bilyaletdinov "Neftçi"yə 8:1 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra deyib.

Klubun rəsmi saytına danışan rusiyalı mütəxəssis standart vəziyyətlərdən yaxşı istifadə etdiklərini bildirib: "Əlbəttə, hər dəfə bütün zərbələrin qapının küncünə vurulacağına təminat vermək çətindir. Amma futbolçularım göstərdi ki, bunu bacarırlar.  Yağış yağsa da, meydança kifayət qədər yaxşı idi. Bu da bizə yüksək sürətlə oynamaq imkanı verirdi. Buraxdığımız qol isə ətraflı təhlil üçün səbəb olacaq".

O, "Neftçi" ilə matçda daha sürətli olduqlarını vurğulayıb: "Yenə oyunun əvvəlini sürətli başladıq. Rəqib isə bunu gözləmirdi. "Tirana" ilə matçda sürətli qolu bizə fikri yayınan qapıçı hədiyyə etdisə, bu görüşdə biz hər şeyi təşkil etdik. Mənə rəqibin əvəzindən danışmaq çətindir. Ola bilər, onlar da böyük yükləmələr altındadırlar, yaxud kollektiv oyunları oturuşmayıb. Amma biz daha sürətli idik. Bu da elə əvvəlcədən belə böyük üstünlüyümüzü müəyyənləşdirdi".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30