20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

“Neftçi”nin yeni transferi: “Bu, məni ruhlandırdı”

"Təklif alandan sonra klub haqda məlumat toplamağa başladım. Öyrəndim ki, "Neftçi” köklü və ad-sanlı klubdur. Bu məni ruhlandırdı”.

Futbolxeber.az saytının məlumatına görə,  bu sözləri "Neftçi”nin yeni transferi Fransisko Qarsiya klubun telekanalına müsahibəsində deyib.

Paraqvaylı yarımmüdafiəçi paytaxt klubuna transferi haqda  danışıb. O, “Neftçi”də çıxış edən həmyerlisi Derlis Meza Kolli ilə məsləhətləşdiyini bildirib: "Derlis komanda haqda çox yaxşı sözlər dedi. Bundan sonra "Neftçi”yə keçəcəyimə şübhəm qalmadı. Yeni komandama uyğunlaşmağa çalışıram. Baş məşqçi çox tələbkardır. Bütün böyük klublarda futbolçulardan tələb də böyük olur. Baş məşqçinin tapşırıqlarını yüksək səviyyədə yerinə yetirməyə çalışacağam. Qarşıya qoyulan məqsədlərə çatmaq üçün birlikdə əmək sərf edəcəyik”.

F.Qarsiya ləqəbinin "Qato” olmasına da aydınqlıq gətirib: "Ləqəbini mənə "Serro Portenyo”nun aşağı yaş qruplarında oynayanda fiziki hazırlıq üzrə məşqçimiz verib. "Niyə məhz "Qato?” deyə soruşanda, o mənə gözlərimin pişik gözlərinə bənzədiyini dedi. Buna görə də məni "Qato” deyə çağırmağa başladı. O vaxtdan ləqəbim "Qato”dur. Azarkeşlər, futbolçular, ailəm – hamı mənə "Qato” deyir. Hər bir böyük klub kimi "Neftçi”nin də azarkeşləri möhtəşəmdir. Onların ümidlərini doğrultmaq üçün əlimdən gələni edəcəm. Məqsədimiz kuboka sahib çıxmaqla Avropa Liqasına vəsiqə qazanmaqdır. İnanıram ki, qarşıya qoyulan məqsədlərə çata biləcəyik”.

Qeyd edək ki, "Neftçi” Fransisko Qarsiya ilə bir illik müqavilə bağlayıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30