20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Billiat “Qarabağ”ın təklifini qəbul edib?

Dino Ndlovunu Çinin "Xançjou Qrintaun" klubuna satan "Qarabağ" Cənubi afrikalı hücumçunun boşluğunu Zimbab millisiinin oyunçusu Xama Billiatla doldurmağa çalışır.

Futbolxeber.az saytının qol.az-a istinadən verdiyi məlumata görə, Ağdam klubu artıq 27 yaşlı forvarda rəsmi təklif göndərib. "Qarabağ" hazırda qarşı tərəfdən cavab gözləyir.

"Sowetanlive.co.za" saytının iddiasına görə isə Azərbaycan klubunun təklifi Billiatı razı salıb. Təcrübəli futbolçu yaxın günlərdə öz fikrini açıqlayacaq.

Həmçinin Billiatın çıxış etdiyi "Mamelodi Sandaunz" klubunun prezidenti Patrise Motsepe də hücumçunun komandadan ayrılacağını təsdiqləyib: "Futbolçularımıza yaxşı təkliflər gəlirsə, deməli, işləyirik. İki aparıcı oyunçumuzun yanvarın sonlarında komandadan ayrılacağı bizi narahat etmir. Çünki heyətimizdə onları əvəz edə biləcək kifayət qədər futbolçu var".

Qeyd edək ki, Billiatın hazırkı klubu ilə yarım illik müqaviləsi var.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30