28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Litovçenko rəsmən "Kəpəz"də

Ukraynalı qapıçı Sergey Litovçenkonun “Kəpəz”ə keçidi rəsmiləşib.

Futbolxeber.az saytının qol.az-a istinadən verdiyi məlumata görə, bu gün 30 yaşlı qolkiperlə müqavilə imzalanıb. Bu barədə S.Litovçenko özünün "İnstagram" səhifəsində yazıb. O, müqavilənin müddəti barədə məlumat verməyib.

S.Litovçenko "Kəpəz"ə keçidini şərh edib. Ukrayna mətbuatına danışan 30 yaşlı qolkiper Gəncə klubunun onun üçün yeni çağırış olduğunu deyib:

"Burada komandanı yenidən qururlar. Ciddi məsələlər həll olunur. Kluba yeni baş məşqçi təyin edilib. O, komandanın tərkibini müəyyənləşdirir. Mən komandada ilk yeni futbolçulardan oldum. Məşqçinin özünün mənimlə maraqlanması komanda seçimim zamanı əsas amil oldu. Azərbaycan mənim üçün yeni ölkədir. Ümid edirəm ki, ailəmlə bura tez uyğunlaşa biləcəyik".

Qeyd edək ki, S.Litovçenkonun son klubu Tiflis "Dinamo"su olub.

Əlavə edək ki, "Kəpəz" bundan əvvəl Murad Səttarlı, Roman Hüseynov, Samir Zərgərov, Tərzin Cahangirov və Dieqo Souzanı heyətiə cəlb edib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31