29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

AFFA-nın baş katibindən siqaret qadağası ilə bağlı açıqlama: “Asan deyil”

“İctimai yerlərdə siqaret çəkilməsinin məhdudlaşdırılmasını biz də alqışlayırıq. Təbii ki, kütləvi idman tədbirlərində bu prosesə nəzarət etmək bir qədər çətindir. Hər bir şəxs həm qanun, həm də ətrafında olan şəxslər qarşısında məsuliyyətini dərk etməli, müvafiq qaydalardan kənara çıxmamalıdır”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri qol.az-a açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib. İctimai və qapalı yerlərdə siqaret çəkilməsini qadağan edən qanunla bağlı fikirlərini açıqlayan E.Məmmədov buna görə UEFA-dan öhdəlik aldıqlarını bildirib:

“Bakıda 2019-cu ildə Avropa Liqasının final oyunu, 2020-ci ildə Avropa çempionatının 4 qarşılaşması təşkil olunacaq. Həmin oyunlar zamanı stadionlarda siqaret çəkilməməsi barədə AFFA UEFA-nın qarşısında öhdəlik götürüb. Bununla əlaqədar, AFFA-nın təşkil edəcəyi oyunlar zamanı könüllülərin xidmətindən geniş istifadə olunacaq”.

Baş katib iritutumlu stadionlarda, azarkeşlərin çox olduğu yerlərdə məlum qadağanın tətbiqinə nəzarətin heç də asan olmadığını söyləyib: “Qeyd etdiyim kimi, 50-60 min azarkeşin iştirak etdiyi kütləvi tədbirlərdə bu prosesin tam olaraq nəzarətdə saxlanılması asan deyil. Burada təkcə qadağanın tətbiqinə nəzarətlə yanaşı, fərdi məsuliyyət də rol oynayır. AFFA stadionlarda siqaret çəkilməməsi ilə bağlı prosesə xeyli müddətdir start verib. Millinin oyunlarında, Bakıda təşkil olunmuş dünya və Avropa çempionatları qarşılaşmalarında bununla bağlı ilkin işlər görülüb. Prosesi yenə də davam etdirəcəyik”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31