29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Asif Məmmədov: “Toplanışın ilk günləri ağır olur”

“Qəbələ” 2017-2018-ci illər mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirir.

Futbolxeber.az saytının məlumatına görə, “Qırmızı-qaralar”ın təcrübəli yarımmüdafiəçisi Asif Məmmədov toplanışın ilk günlərini gabalafc.az-a açıqlamasında dəyərləndirib. O, hazırığın bəhrəsini vacib və çətin matçlarda görəcəklərini bildirib:

“Hazırlıq prosesinin iki günü arxada qalıb. Toplanışın ilk günləri ağır olur. Bu da həmişə təsadüf olunan haldır. Çünki komanda istirahətdən dönüb. Düşünürəm ki, getdikcə hər şey qaydasına düşəcək. Bir az çalışıb, yoxlama oyunları keçirdikdən sonra komandanın fiziki durumu yüksəlib, öz əvvəlki vəziyyətinə çatacaq. Bu üzdən də yaxşı hazırlaşmalıyıq. Çünki qarşıda bizi çətin oyunlar gözləyir. Məşqlərin o qədər də ağır keçdiyini demək olmaz. Baş məşqçi də hər şeyi nəzərə alıb, yükləmələri tədricən artırır. Ağır məşqlərin olması təbiidir. Belə ağır məşqlər olmalıdır ki, sonra özümüzü daha yaxşı, daha rahat hiss edək”.

Mövsümün arxada qalan ilk yarısını da dəyərləndirən Məmmədov Topaz Premyer Liqası və Azərbaycan kubokundakı çıxışı da müsbət hesab edir: “Mövsümün arxada qalan hissəsindəki çıxışımızı yaxşı hesab edirəm. Düzdür, bəzi oyunlarda uduzmamalı olduğumuz halda məğlubiyyətlə üzləşdik. Amma futbolda belə hallar olur. Ümumilikdə, ilk iki dövrədəki çıxışımız normal sayılır. Həm kubokda mübarizəni davam etdiririk, həm də çempionatda şanslarımızı qoruyuruq”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31