19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Qəbələ" Antalyada məşqlərə başladı

Bu gün Türkiyəyə yollanan "Qəbələ" 2017-2018-ci illər mövsümünün ikinci yarısının hazırlığına start verib.

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, "qırmızı-qaralar" Antalyada təşkil olunan təlim-məşq toplanışına axşam hazırlığı ilə başlayıb. Toplanışın 1-ci günündə əyalət təmsilçisinin ilk məşqi baş tutub. Roman Qriqorçukun rəhbərliyi altında keçirilən hazırlıq prosesində həm toplu, həm topsuz çalışmalara üstünlük verilib.

Hazırlıq prosesində gənc oyunçular - qapıçı Əmrah Zülfüqarlı, müdafiəçi Faiq Hacıyev, yarımmüdafiəçi Abbas Ağazadə də iştirak ediblər. Əvəzedici heyətdən cəlb olunan oyunçular ilk dəfə əsas komanda ilə toplanışa qatılıblar.

Zədə səbəbindən uzun müddət komandadan ayrı düşən Dion Malone də kollektivə qoşulub. O, ilk məşq günündə komandadan ayrı hazırlıq keçib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30